04
fevral
2021
10:14
1758


Universal kart

AdRiver


Творческий конкурс Адели

Leyla Əliyevadan əsgərimiz haqqında - Şeir

Qanunla.Az “Aydın yol”a istinadən Leyla Əliyevanın Azərbaycan əsgərinin ölümsüzlüyü haqqında qələmə aldığı şeirlərini təqdim edir.


Əsgər
Əsgər... Ədalətə tapınan insan.
Qəlbi Qələbənin eşqiylə yanar.
Əsgər... Ürəyində vətən vəfası,
Köksündə bir sükut çığırtısı var.
Güllə qabağında qırpılmaz gözü,
Günəşin önünü dağ kəsə bilməz!
Əsgər gözəl bilir: sevginin üzü
Həqiqət nurundan heç vədə dönməz.
Qorxusuz gözləri yırtar gecəni,
Alnına qırmızı kölgə salar dan...
Zülmətdən qorxmağı anlamaq olar,
Dərd odur, dərd odur Gündən qorxasan.
Eşidər Allahın pıçıltısını,
İlahi nəfəsdən gərilər sinə.
O, yalan içində batan dünyanın
Yükünü qaldırar çiyinlərinə.
Əsgər... Öz yurduna ilahi bir pay:
Doğulub müqəddəs gündə, saatda.
Zalımın bu nankor, bu kor kölgəsi
Əriyər qəlbinin işığı altda.
Gərər sinəsini şərə, şeytana,
Elin hər daşının həyanı olar.
Taleyi yazılmış açıq alnını
Söykər sərhəd boyu uzanan yola.
Sancılar bayraqtək yüksəkliklərə,
Günəşə qoşulub yanan çıraqdı.
Yeriyər, yer titrər ayağı altda,
And yeri vicdandı, and yeri haqdı.
Onun vətənindən müqəddəsi yox,
Onun dağlarından yoxdu ucası.
Düşür sümüyünə torpağın indi
Mətin addımların melodiyası.
Hər insan Allahın səsidir axı:
Nə qorxar qanından, nə can əsirgər.
Gözünün rəngində torpaq qarası,
Kürəyi vətənin hasarı əsgər.
***
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq...
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn elər gözündə göz yaşlarını.

Xəbəri paylaşın




Digər xəbərlər:
Vahid Məmmədlinin Əsərlərində Real Hadisə  Və Folklor Ənənələri
Vahid Məmmədlinin Əsərlərində Real Hadisə Və Folklor Ənənələri
31.01.21, Cəmiyyət
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
23.11.20, Cəmiyyət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər
Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər
16.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
31.08.20, Cəmiyyət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət