04
fevral
2021
11:01
1511


Universal kart

AdRiver


Творческий конкурс Адели

Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşüb

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Emil İsgəndərovun atası Vaqif İsgəndərovla görüşüb və sizin kimi ailələrimizlə fəxr edirik deyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Daxili Qoşunların giziri olmuş Emil İsgəndərovun atası Vaqif İsgəndərovla Mədəniyyət Komitəsində görüşüb, onu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: 

"Əziz şəhid atası,

Siz, Vətən uğrunda mərdlik və peşəkarlıqla döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Sizə minnətdarıq! Şəhid gizirimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Oğlunuz Emil İsgəndərov Vətən Müharibəsində iştirak edərkən şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə  "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Emil kimi gənclərimizlə hər zaman qürur duyacaq, xatirəsini əziz tutacağıq!

Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm"!

Komitə sədri şəhid gizirin atasına Komitə adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Şəhid atası Prezidentə məktub yazdı
Şəhid atası Prezidentə məktub yazdı
12.01.21, Cəmiyyət
Qənirə Paşayeva şəhid atası olan professorla görüşdü – Foto
Qənirə Paşayeva şəhid atası olan professorla görüşdü – Foto
21.12.20, Cəmiyyət
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
09.12.20, Siyasət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Daxili Qoşunların 28 illik döyüş və xidmət yolu
Daxili Qoşunların 28 illik döyüş və xidmət yolu
12.03.20, Cəmiyyət