04
fevral
2021
12:00
1733


Universal kart

AdRiver


Творческий конкурс Адели

Məmmədov büdcənin 8 faizi həcmində pul oğurlayıb

İqtisadçı Qadir İbrahimli həbs olunan Baku Steel Company MMC-nin rəhbəri Rasim Məmmədovun ölkə iqtisadiyyatına vurduğu ziyanı şərh edib.
Qanunla.Az xəbər verir ki, iqtisadçı metallurgiya sahəsinin çökdürülməsində "Baku Steel Company”nun əsl sahibinin maraqlı olmasına diqqət çəkib:
"Fərhad Əliyevin həbsindən sonra Azərbaycan metal istehsalı sahəsinə 300 milyon dollar investisiya qoymuş Hollandiyanın "Fondel" şirkəti ölkədən qovuldu (onda Azərbaycanın dövlət büdcəsi 1 milyard dollardan bir az çox idi)...
Metal biznesi sahəsinə 300 milyon dollar investisiya qoymuş Zülfüqarlı qardaşlarının zavodları qanunsuz olaraq bağladıldı və qardaşlar ölkədən qovuldu. Baxmayaraq ki, zavodlarda 500-dən çox işçi çalışırdı...
Metal biznesi Baku Steel Company MMC-nin rəhbəri Rasim Məmmədovun qeyri-rəsmi monopoliyasına keçdi və 20-dən çox metal istehsalçısı "Yukos" tipli hücumlarla çökdürüldü (Putinin hakimiyyətinin ilk illərində YUKOS şirkətinin rəhbəri Mixail Xodorkovskini həbs edib əmlakını əlindən aldılar, bu fakt postsovet məkanında arzuolunmaz presidentə səbəb oldu və o vaxtdan Qərb mətbuatında belə əmlak talanlarına "YUKOS tipli hücumlar” tərifi verildi). Çökdürülən zavodlarda 5000 minə yaxın işçi çalışırdı...
İndi çökdürülən müəssisələrdən birinin sahibi Nazim Bəydəmirli deyir ki, monopolist, yaxınlarda həbs edilən Rasim Məmmədov ən azı 2 milyard manat mənimsəyib. Məncə, ən minimal hesablamadır və bu monopolistin ölkə iqtisadiyyatına ziyan bundan qat-qat çoxdur. Əlbəttə, 2 milyard da balaca məbləğ deyil - büdcə gəlirlərinin 8 faizi həcmindədir. Təsəvvür edin ki, büdcə gəlirlərinin 8 faizini təkcə 1 monopolist mənimsəyib...
Hökumət biznes mühitinin sağlamlaşdırılmasında maraqlıdırsa, ilk növbədə həmin müəssisələrin əmlakı sahibkarların özünə qaytarılmalı, onlara fəaliyyətinə şərait yaratmalı və onlara dəyən ziyan ödənilməlidir. Bu, baş verməyəcəksə, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı bütün bəyanatlar sabun köpüyündən başqa bir şey olmayacaq. Və təbii ki, heç bir normal investor iqtisadiyyata sərmayə qoymayacaq. Bu, həm də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə investor cəlb etmək baxımından önəmlidir!”.

Xəbəri paylaşın




Digər xəbərlər:
DTX Rasim Məmmədov barədə məlumat yaydı
DTX Rasim Məmmədov barədə məlumat yaydı
03.02.21, Cəmiyyət
2021-ci il dövlət büdcəsi layihəsinin göstəriciləri açıqlandı
2021-ci il dövlət büdcəsi layihəsinin göstəriciləri açıqlandı
21.12.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
31.08.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
19.06.20, Hüquq
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
24.01.20, Gündəm