04
fevral
2021
12:25
1434


Universal kart

AdRiver


Творческий конкурс Адели

SOCAR inkişaf strategiyasının olmamasına dair iddialara cavab verdi

“SOCAR hazırda 2011-ci ildə hazırlanmış “SOCAR-ın 2025-ci ilə kimi strateji inkişafına dair Kompleks Planı” əsasında fəaliyyət göstərir”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-ın hazırda heç bir strategiya qüvvədə olmadan fəaliyyət göstərdiyi ilə bağlı iddialara cavab verərkən deyib.
O bildirib ki, bu strategiyanın icrası ilə bağlı hər il SOCAR-ın Davamlı İnkişaf Hesabatı SOCAR-ın internet səhifəsində açıqlanır:
“Ümumiyyətlə, 2005-ci ildən etibarən şirkət müvafiq strateji inkişaf planları əsasında fəaliyyət göstərir. İlk strategiya 2005-2010-cu illəri əhatə edib. Daha sonra 2011-ci ildə 2025-ci ilə qədər görüləcək əsas işləri özündə ehtiva edən strategiya dünyanın bu sahədə aparıcı şirkətlərindən biri olan “Ernst&Young” şirkətinin iştirakı ilə hazırlanıb.
Hər il ictimaiyyətə açıqlanan Davamlı İnkişaf Hesabatları da, SOCAR-ın digər hesabatları kimi “Ernst&Young” tərəfindən audit olunur. SOCAR-ın 2025-ci ilədək strategiyasının hələ qüvvədə olduğuna baxmayaraq, Dördüncü Sənaye İnqilabının təsirini, dünya iqtisadiyyatının sürətlə dəyişdiyini və qlobal rəqabətlə ayaqlaşmaq zərurətini nəzərə alaraq, SOCAR artıq yeni strategiyasını da hazırlayıb. Daha əvvəl bu haqda məlumat da vermişdik. Bu işə dünyanın digər aparıcı məsləhətçi şirkəti “McKinsey” cəlb olunub”.
İbrahim Əhmədov əlavə edib ki, 2025-ci ilə qədər strategiyanın mövcudluğunu və onun əsasında 2035-ci ilədək yeni strategiya üzərində işlərin aparılmasının əhəmiyyətini SOCAR-ın prezidenti də ötən il dərc olunmuş Davamlı İnkişaf Hesabatının ön sözündə vurğulayıb:
“Ümumiyyətlə, şirkətin inkişaf strategiyası ilə bağlı müxtəlif qeydlər SOCAR-ın açıqlamalarında dəfələrlə yer alıb. Odur ki, bu cür iddiaları irəli sürməkdən əvvəl SOCAR-ın ictimaiyyətə açıq olan hesabatları və digər açıqlamaları ilə tanış olmaq məqsədəuyğun olardı”.
O qeyd edib ki, 2035-ci ilə qədər dövrü əhatə edən SOCAR-ın yeni davamlı inkişaf strategiyasının layihəsi artıq ötən il hazırlanıb və hökumətə təqdim edilib. Hazırda layihəyə baxılır:
“Yeni strategiya təsdiqləndikdən sonra onun əsas məzmunları haqqında ictimaiyyətə də məlumat veriləcək. Ona qədər isə şirkət daha əvvəl qəbul edilmiş və 2025-ci ilə qədər dövrü əhatə edən strateji inkişaf planı çərçivəsində fəaliyyət göstərir”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
19.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Ağdamın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verildi
Ağdamın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verildi
23.07.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət