04
fevral
2021
20:20
1934


Universal kart

AdRiver


Творческий конкурс Адели

Azəriqaz” İB-in həyata keçirdiyi sayğaclama prosesi mühüm üstünlüklərə malikdir”

Vüqar Bayramov: “Bu proses xərcin hesablanması və qaz itkisinin qarşısının alınması baxımından da çox vacibdir”
“Smart sayğac sistemi kommunal xidmətlərin keyfiyyətini artırmağın mühüm şərtlərindən biridir”
Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ sayğacların quraşdırılmasına başlayıb. Əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğaclar bir sıra üstünlüklərə malikdir ki, bunlardan da biri də koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması, smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü və s-dir. Onu da qeyd edək ki, “Azəriqaz”İB əhali məmnunluğunu təmin etmək məqsədi ilə sayğacların quraşdırılması zamanı məhz hansı sayğacın – mexaniki-elektron, yoxsa əvvəlcədən ödənişli smart sayğaclaırn quraşdırılması seçimini vətəndaşın öz ixtiyarına buraxır. Odur ki, vətəndaş öz istəyi və iradəsi əsasında hansı növ sayğacdan istifadəni müəyyənləşdirə bilər.
Moderator.az-a açıqlamasında “Azəriqaz”İB-in sayğaclama əməliyyatına münasibət bildirən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov, adıçəkilən qurum tərəfindən həyata keçirilən məlum prosesinin həm abonentlərin, həm də qarşı tərəfin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Smart sayğacların tətbiqi hər şeydən öncə sayğac sisteminin elektronlaşdırılmasına xidmət edir. Nəzərə alaq ki, uzun müddət müzakirə edilən məsələlərdən biri mexaniki sayğacların necə işləməsi ilə bağlı idi. Bununla bağlı müəyyən müzakirələr gedir, müxtəlif fikirlər səslənirdi. Kommunal xidmətlərin təminatında sayğac sisteminin smartlaşdırılması olduqca vacibdir. Bu zaman elektron yeniliklərdən istifadə olunması, texnoloji yeniliklərin tətbiqi təbii ki, arzuolunandır.
Sayğac sisteminin smartlaşdırılmasının ciddi üstünlükləri mövcuddur. Bu,  xərcin hesablanması və qaz itkisinin qarşısının alınması baxımından çox vacibdir. Sayğacın smart olması xərcin hesablanmasında hər hansı potensial kənarlaşdırmaların da qarşısını alır. Çünki smart sayğaclar praktik olaraq həm kənar müdaxiləni minimuma endirir, həm də abonent üçün hər hansı sual yaradacaq əlavə hesablamaları praktiki olaraq aradan qaldırır. Nəticə etiarı ilə smart sayğaclar mavi qazın verilməsi zamanı itkilərin də qarşısını alır”.
Vüqar Bayramov hesab edir ki, bu proses vətəndaşlara yüksək keyfiyyətdə xidmət göstərməyə də imkan yaradır:
“Onu da untumaq olmaz ki, yaxın gələcəkdə bütün sahələrdə smart sistemlərinin geniş tətbiqi nəzərdə tutulur. “Smart siti”nin əsas özəlliklərindən biri bütün sistemin elektronlaşdırılmasıdır. Bu baxımdan, smart sayğac kommunal xidmətlərin keyfiyyətini artırmağın mühüm şərtlərindən biridir və biz gələcəkdə bu sistemin üstünlüklərinə daha çox şahid olacağıq”.

Xəbəri paylaşın




Digər xəbərlər:
“Azəriqaz” İstehsalat Birliyi müştəri məmnuniyyətini daim üstün tutur-Ruslan Əliyev
“Azəriqaz” İstehsalat Birliyi müştəri məmnuniyyətini daim üstün tutur-Ruslan Əliyev
03.02.21, Cəmiyyət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
28.08.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
26.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
"Azəriqaz" bir sıra məkanlarda xidmətləri məhdudlaşdırır
"Azəriqaz" bir sıra məkanlarda xidmətləri məhdudlaşdırır
15.03.20, Cəmiyyət