06
fevral
2021
12:28
1856


Universal kart

AdRiver


Творческий конкурс Адели

Deputat Elnur Allahverdiyev seçiciləri ilə görüşüb-FOTOLAR

Millət Vəkili Elnur Allahverdiyev fevralın 5-də Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının qərargahında bir qrup seçiciləri və rayonun sakinləri ilə növbəti görüşünü keçirib.Deputat bildirib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq bir sıra köhnə küçə və məhəllələr sökülüb, burada müasir şəhərsalma qaydalarına uyğun olaraq tədbirlər həyata keçirilib. Söküntü ərazisinin bir qismi 17 saylı Yasamal üçüncü seçki dairəsi və ona bitişik sahələrin payına düşür. İndiyədək sökülən sahələrin böyük hissəsində parksalma və yaşıllaşdırma işləri gerçəkləşdirilib. 
Dünən bir qrup sakinin istəyi ilə görüşüb onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi apardıq. Qeyd etmək lazımdır ki, onların böyük qismi 17 saylı Yasamal üçüncü seçki dairəsinin seçicisi deyillər. Bununla belə, problemlərini dinləmək və bacardıqca hər bir vətəndaşa köməklik göstərmək hər birimizin borcu olmalıdır. Bu vətəndaşlarımız Yasamal rayonunun qeyd etdiyim hissəsindən 2018-2019-cu illərdə köçüblər, ancaq evləri və torpaqları müqabilində ödənilən kompensasiyanın miqdarı ilə razı deyillər. Problemləri ilə bağlı xeyli söhbət etdik, ətraflı məlumat aldıq və qərara gəldik ki, gələn həftə Yasamal rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb problemi bir daha müzakirə edək. Görüşdə həmin sakinlər tərəfindən yaradılmış 10 nəfərdən ibarət qrup iştirak edəcək. Əminəm ki, dövlətimizin dəstəyi ilə sakinlərimizi narahat edən çətinliklərin həllinə nail ola biləcəyik.
Bu görüşlə yanaşı qəbul zamanı seçicilərimizlə də təmasda olub, onları maraqlandıran və narahat edən məsələlərdən danışdıq. Bu dəfə məşğulluq, mənzil və sağlamlıq problemləri onları narahat edən əsas mövzular oldu. Qaldırılan məsələlərlə bağlı yaxın günlərdə tədbirlər görməyi planlaşdırırıq.
Ötən bir il ərzində qarşıya çıxan problemləri birlikdə həll etməyimiz gözəl ənənəmizə çevrilib. Vətəndaşımız və dövlətimizlə birlikdə bu yolumuzu davam etdirmək əzmindəyik.
Biz birlikdə güclüyük!






Xəbəri paylaşın




Digər xəbərlər:
Məhkəmə sədri və hakimlərin adından şok dələduzluq — TƏFƏRRÜAT
Məhkəmə sədri və hakimlərin adından şok dələduzluq — TƏFƏRRÜAT
16.11.20, Kriminal
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
MSK seçkiyə yekun vurdu
MSK seçkiyə yekun vurdu
25.02.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət