08
fevral
2021
15:26
11 009


Universal kart

AdRiver


Творческий конкурс Адели

Bu sürücülər məsuliyyətə cəlb ediləcək – Əsədov

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi təbliğatın və təhlükəsizliyin artırılması məqsədi ilə sürücülərə müraciət edib.
Qanunla.Az Report-a istinadən xəbər verir ki, idarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərin avtomobilə əyləşməzdən öncə sənədlərinin qaydasında olmasını yoxlamalı olduğunu bildirib.
“Avtomobilə əyləşməzdən öncə sənədlərin qaydasında və üzərinizdə olmasını yoxlayın, sərxoş və psixotrop maddələrin təsiri altında olmadığınıza əmin olun və avtomobilə vizual baxış keçirərək qeydiyyat nişanlarının təmiz olmasına, işıq cihazlarının işləməsinə, təkərin təzyiqinə, şüşə silgəclərinin işləməsinə əmin olduqdan sonra sükan arxasına əyləşməlisiniz.
Avtomobili işə saldıqdan sonra isə həm özünüzün, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən düzgün istifadə edilməsini təmin etməlisiniz. O cümlədən 12 yaşınadək uşaqları apararkən qabaq oturacaqda xüsusi uşaq oturacağı mütləq şəkildə olmalıdır. Arxa oturacaqda xüsusi uşaq oturacağı olmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmasa da, tövsiyə edirik ki, uşaqların təhlükəsizliyi üçün onları xüsusi oturacaqda aprasınız. Yola çıxmazdan əvvəl metereoloji şəraitlə tanış olsunlar və gedəcəkləri istiqamətdə ən qısa yolu dəqiqləşdirsinlər. Yola çıxdıqdan sonra isə həmin istiqamət üzrə sürət rejiminə, ara məsafəsinə, zolaqlar üzrə hərəkət qaydalarına əməl etsinlər. Sağ zolaq boş olan halda sol zolaqla getməmələri, piyada və dəmiryol keçidlərində daha diqqətli olmaları tövsiyə olunur”, - V.Əsədov deyib.
“Yolda hərəkət üstünlüyünə malik olan təcili tibbi yardım, polis, yanğın söndürən və digər operativ nəqliyyat vasitələri göy və ya qırmızı sayrışan işıq və xüsusi səs siqnalı verərək yaxınlaşdıqda həmin nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, hətta dayanmaq belə lazım olarsa şərait yaradın. Sükan arxasında fikri yayındıra biləcək hərəkətlərdən və mobil telefondan uzaq durun. Hərəkət zolağını dəyişərkən dönmə, ötmə, hərəkətə başlama dayanma ilə bağlı manevr etdikdə digər sürücüləri xəbərdar etmək üçün dönmə işıqlarından mütləq istifadə edin. Sərnişinləri düşürərkən yalnız səki tərəfdən düşmələrini və qapını açarkən digər hərəkət iştirakçılarına mane olmamalarını onların diqqətinə çatdırın.
Unutmayın ki, "Yol Hərəkəti Haqqında Qanun"un 37-ci maddəsi sürücülərin hüquq və vəzifələrini tənzimləyir. Bu vəzifələrin icra edilməməsinə görə sürücü "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”, - şöbə rəisi vurğulayıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”
Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”
19.10.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Bakıda azyaşlıya təcavüz edib 12 il həbs yatan məhkumdan iş adamına qarşı DƏHŞƏTLİ ƏMƏL
Bakıda azyaşlıya təcavüz edib 12 il həbs yatan məhkumdan iş adamına qarşı DƏHŞƏTLİ ƏMƏL
08.09.20, Kriminal
Postlar ləğv edildi: sərnişinlər belə cərimələnəcək
Postlar ləğv edildi: sərnişinlər belə cərimələnəcək
02.07.20, Cəmiyyət
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
DYP: Bakıda sürücülər arasında baş verən hadisə araşdırılır
DYP: Bakıda sürücülər arasında baş verən hadisə araşdırılır
27.04.20, Hadisə
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət