09
fevral
2021
18:35
1846


Universal kart

AdRiver


Творческий конкурс Адели

Vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərildi

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunla.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Vüqar Səfərli həbs edildi
Vüqar Səfərli həbs edildi
14.01.21, Hadisə
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
07.01.21, Cəmiyyət
Vəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalandılar
Vəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalandılar
18.11.20, Kriminal
Rüşvət almaqda ittiham olunan DSX zabitlərinin məhkəməsi başlayır
Rüşvət almaqda ittiham olunan DSX zabitlərinin məhkəməsi başlayır
17.11.20, Kriminal
DTX-nin tutduğu bu vəzifəlilər məhkəməyə gətirildi
DTX-nin tutduğu bu vəzifəlilər məhkəməyə gətirildi
08.09.20, Cəmiyyət
Məhkəmə həbsdə olan DSX polkovniki ilə bağlı qərar verdi — ÖZƏL
Məhkəmə həbsdə olan DSX polkovniki ilə bağlı qərar verdi — ÖZƏL
07.07.20, Kriminal
DTX Elçin Quliyevin müavini və yüksək vəzifəlilərin həbsi ilə bağlı məlumat yaydı - RƏSMİ
DTX Elçin Quliyevin müavini və yüksək vəzifəlilərin həbsi ilə bağlı məlumat yaydı - RƏSMİ
21.05.20, Cəmiyyət
Baş Prokurorluqda yeni təyinatlar oldu
Baş Prokurorluqda yeni təyinatlar oldu
18.05.20, Cəmiyyət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət