09
fevral
2021
21:21
11 091


Universal kart

AdRiver


Творческий конкурс Адели

Deputat: "Azəriqaz”ın baş direktoru tərəfindən insanların problemlərinin araşdırılması həmin quruma inam və əlçatanlıq yaradır

“Cənab Prezident İlham Əliyevin hər zaman məmurların qarşısında qoyduğu birinci vəzifə Azərbaycan dövlətinə və Azərbaycan xalqına sədaqətlə xidmət etməkdir. Dövlət başçımız hər zaman qeyd edir ki, Azərbaycan xalqının bir nömrəli xidmətçisi Prezident kimi mən özüməm. Bu, bütün məmurlara bir mesajdır. Eyni zamanda cənab Prezident hər zaman məmurların vətəndaşlara əlçatan olmasını, onları diqqətlə dinləməsini qeyd edib”.
Qanunla.Az xəbər verir ki,bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Onun sözlərinə görə, hazırda məmurların əlçatanlığı texnoloji vasitələrin köməyi ilə daha faydalı və effektli ola bilər.
Deputat bu baxımdan “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyevin və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun fəaliyyətinin nümunəvi olduğunu qeyd edib.
““Azəriqaz” İstehsalat Birliyinin baş direktoru tərəfindən insanların problemlərinin dinlənilməsi, araşdırılması həmin quruma inam və əlçatanlıq yaradır. Eyni zamanda qurumun rəhbəri mövcud problemi özü birbaşa dinləyir və izləyir. Qurumun birinci şəxsinin problemin həlli üçün müvafiq addımlar atması çox vacibdir. Sosial şəbəkələr vasitəsilə onlayn görüşlərin təşkili əyani görüşlərdən daha effektlidir. Vətəndaşın istənilən məsələ haqqında öz fikrini ifadə etməsi üçün sosial şəbəkələr geniş imkanlar yaradır. Çünki hər bir sualı cavablandırdıqdan sonra növbəti sual da yarana bilər. Bu hal eyni zamanda vaxt itkisinin də qarşısını alır. Bəzən özümüz də şahidi oluruq ki, bəzi qüvvələr təxribatyönümlü yalan məlumatlar yaymaqda maraqlıdırlar. Bu baxımdan vətəndaşla sosial şəbəkə üzərindən əlaqə qurmaq, problemlərin həlli üçün açıq görüş keçirmək dövlətimizi və dövlətçiliyimizi gözləri götürməyən daxili və xarici qüvvələrin istəklərinin qarşısını almaqda əhəmiyyətli addımdır”, - deyə C.Osmanov qeyd edib.
Deputatın fikrincə, digər məmurların da istər pandemiya, istərsə də postpandemiya dövründə vətəndaşlarla sosial şəbəkələr üzərindən təmasda olması daha əlverişlidir. Belə olduğu halda, problemlərə daha operativ reaksiya verilməsi təmin olunar: “Sosial şəbəkə platformaları üzərindən daha çox insanı əhatə etmək, suallarını cavablandırmaq və onları narahat edən məsələləri aydınlaşdırmaq çox effektivdir. Bunu bütün sahələrdə tətbiq etmək məqsədəuyğun olardı. Bilirsiniz ki, texnologiya hər zaman inkişaf edir. Cənab Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edərkən bu məsələyə xüsusi toxundu və bildirdi ki, Azərbaycanın müasir texnologiyaların istifadəçisi kimi artıq paralel olaraq, texnologiya istehsal edən bir ölkəyə çevrilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Bunların hər biri müasir zamanın və yaxın gələcəyin qarşımıza qoyduğu mühüm vəzifələrdir”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
06.06.20, Kriminal
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir
Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir
31.01.20, Siyasət