10
fevral
2021
15:11
11 046


Universal kart

AdRiver


Творческий конкурс Адели

Heydər Əsədovun mülkləri gündəmə gəldi - Foto

Sabiq maliyyə naziri Fikrət Yusifovun Səlim Müslümovun etdiklərini bir zamanlar kənd təsərrüfatı naziri işləmiş Heydər Əsədovun da təkrarlaması barədə açıqlaması yenidən Heydər Əsədovun sərvəti ilə bağlı məsələni gündəmə gətirib.
Qanunla.Az xəbər verir ki, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışan Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib.
Sabiq nazirin “Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir.
Bundan başqa, Heydər Əsədovun Londonda xeyli mülkü və bahalı avtomobilləri olan Asif Əsədzadə adlı oğlu bir müddət əvvəl xarici mətbuatda London küçələrində Azərbaycana məxsus 90 HO 505 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə şütüməsi ilə gündəmə gəlmişdi.
Digər oğlu Vaqif Əsədzadən isə Türkiyədə otel və iri turizm şirkətinin sahibidir. Həmçinin Heydər Əsədov hələ Hesablama Palatasının sədri vəzifəsində olarkən oğlu Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva “VAGU (Vaqif və Günay) Turizm Sənaye və Ticarət Limited” şirkətini 2012-ci ilin fevralın 1-də İstanbulda əvvəlcə 100 min türk lirəsi nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə, yəni o dövrün məzənnəsi ilə 650 min dollara qalxıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Müslümovun naziri olmuş şəxsdən sensasion açıqlama
Müslümovun naziri olmuş şəxsdən sensasion açıqlama
10.02.21, Gündəm
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev 2 fərman imzaladı
29.01.21, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar
Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar
11.09.20, Kriminal
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti — SİYAHI (FOTOLAR)
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti — SİYAHI (FOTOLAR)
12.07.20, Cəmiyyət
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
13.05.20, Hadisə
DTX tərəfindən saxlanılan icra başçısının sərvəti — SİYAHI
DTX tərəfindən saxlanılan icra başçısının sərvəti — SİYAHI
05.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət