İcra başçısı ehtiyatda olan zabitə vəzifə verdi

Quba Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.
Qanunla.Az xəbər ki, Quba RİH-nin başçısı Ziyəddin Əliyevin müvafiq əmrləri ilə Şirinov Asəf Xalidşah oğlu şöbə müdiri, Nəcəfov Samir Məzahir oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.
A.Şirinov 12 noyabr 1978-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. O, Vətən müharibəsi başladıqdan sonra ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Ehtiyatda olan leytenantdır.
S.Nəcəfov 07 iyul 1997-ci ildə Quba rayonunun Çartəpə kəndində anadan olub. O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi başladıqdan sonra ordu sıralarına çağırılıb, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Xəbəri paylaşın









