YAP Zərdab rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir.
Aksiya çərçivəsində YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova və təşkilatın bir qrup fəal üzvləri Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış rayonun Gəlmə kəndindən olan Mayor Hüseynov Rəhim Qədir oğlunun ailəsini ziyarət etmişlər.
Təşkilatın sədri P. Mahmudova şəhid ailəsinin vəziyyəti ilə maraqlanmış, qəhrəman oğul böyütdüklərinə görə valideynlərə təşəkkür etmişdir. Bildirmişdir ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq. Həmçinin şəhidin ailəsinə ərzaq yardımı edilmişdir.
Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmişdirlər.
Şəhid Rəhim Hüseynov Fizuli rayonu uğrunda gedən döyüşlərdə həlak olmuş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Xəbəri paylaşın









