04
fevral
2020
12:54
11 175


Universal kart

AdRiver


Elşən Gəncəvi seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Qanunla.az xəbər verir ki, təbliğat-təşviqat zamanı paytaxt Bakı və digər regionlarda yaşayan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları ilə fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib.
Görüşlər zamanı seçicilərin seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdirmələrinin vacib olduğu vurğulanıb. Seçicilər namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların fikirləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndiriblər.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.


Xəbəri paylaşın




Digər xəbərlər:
Vasif İsrafilov kənd-kənd gəzərək seçiciləri ilə görüşür - Fotolar
Vasif İsrafilov kənd-kənd gəzərək seçiciləri ilə görüşür - Fotolar
04.02.20, Siyasət
Ceyhun Məmmədov yeni həftəyə izdihamlı görüşlərlə başladı – FOTOLAR
Ceyhun Məmmədov yeni həftəyə izdihamlı görüşlərlə başladı – FOTOLAR
28.01.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi
Elşən Gəncəvinin Milli Məclisə namizədliyi təsdiqləndi
04.01.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır
MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır
25.12.19, Sosial
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..
Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..
16.12.19, Siyasət