21
fevral
2021
15:44
12 275


Universal kart

AdRiver


Творческий конкурс Адели

Şəhid baş leytenant Ağaqardaş Abbasovun dünyaya yeni gəlmiş qız övladı Zərdabda təntənə ilə qarşılandı FOTO-VİDEO

Şəhid baş leytenant Ağaqardaş Abbasovun dünyaya yeni gəlmiş qız övladı Zərdabda təntənə ilə qarşılandı.

Qanunla.Az xəbər verir ki,beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı dünyaya gəlib.Baku Medical Plaza klinikasında dünyaya göz açan şəhid övladına ''YAŞAT FONDU'' tərəfindən qızıldan hazırlanmış Xarı bülbül nışanı təqdim olunub.
Şəhid övladı Zərdab rayonunda da, böyük təntənə ilə qarşılanıb.Qarşılanma mərasimində YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, rayon İcra hakimiyyətinin məsul şəxsi Xəyalə Veyisova,Zərdab rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov,Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev,şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki,baş leytenant Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28 Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib. Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib. O, şəhidlik zirvəsinə ucalmazdan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.Ağaqardaş Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.Cənab Prezident,Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.




















 

Vüqar Rəhimov & Süleyman Tarverdi

Xəbəri paylaşın




Digər xəbərlər:
Şəhid atası Prezidentə məktub yazdı
Şəhid atası Prezidentə məktub yazdı
12.01.21, Cəmiyyət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
07.01.21, Cəmiyyət
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi : Əməkdar müəllim Gülağa İsgəndərov kimdir? (DOSYE)
Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi : Əməkdar müəllim Gülağa İsgəndərov kimdir? (DOSYE)
14.12.19, Cəmiyyət