15
dekabr
2019
11:54
1338


Universal kart

AdRiver


Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto

Dekabrın 14-də Heydər Əliyev Sarayında "Beat Group" şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti "Zima-2019" Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib.
Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Qanunla.az-ın məlumatına görə, bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib. Tədbirin aparıcıları əvvəlki festivallardan da yaxşı tanıdığımız gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar.
Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. "Səs. Uşaqlar" şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim "Zima" festivalının yüksək səviyyədə təşkilindən heyranlığını ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Festivalın aparıcısı Rüfət Məmmədov iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları maraqlı çıxışlar gözləyir. "Zima" festivalı sayəsində çoxlu yeni dostlar tapmaq olar", - deyə o vurğulayıb.
Sonra maraqlı konsert proqramı başlayıb. Xalq artisti Aygün Kazımova və Cəlal Bəşirli birlikdə "Qara gözlər" mahnısını ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə isə Fəxriyyə Əliyeva ilə səhnəni paylaşaraq "Qal sənə qurban" mahnısını təqdim ediblər.
Gənc istedadların parlaq ifaları böyük maraqla qarşılanıb. Sarayın səhnəsində, həmçinin Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Fransa və Böyük Britaniya təmsilçiləri də çıxış ediblər.
"Zima" festivalı, ilk növbədə, uşaqların musiqi bayramıdır. Hər bir gənc ifaçı böyük səhnəyə çıxmaqla burada artıq qalib olur. Sonda bütün iştirakçılara xüsusi diplomlar və xatirə hədiyyələri təqdim edilib.
"Zima" festivalı ildən-ilə daha parlaq, maraqlı və genişmiqyaslı olur. Festival iştirakçıları artıq müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Belə ki, "Zima-2017" festivalının bir qrup iştirakçısı "Vo ves qolos" Beynəlxalq Musiqi Televiziya Festivalının qalibi olub. Fərqlənənlər arasında Rüstəm Kərimov da var. O, "San-Remo Junior-2017" uşaq-gənclər musiqi yaradıcılıq festivalının xüsusi mükafatına layiq görülüb. "Zima-2018" festivalının iştirakçısı Aleksandr Zazaraşvili isə Ukraynada "Qolos. Deti" populyar televiziya müsabiqəsinin qalibi olub.









Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident bu dövlət başçılarını təbrik etdi
Prezident bu dövlət başçılarını təbrik etdi
14.12.19, Siyasət
Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı
Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı
14.12.19, Siyasət
Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Siyahı
Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Siyahı
13.12.19, Cəmiyyət
AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB
AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB
13.12.19, Hadisə
İlham əliyev SƏRƏNCAM İMZALADI
İlham əliyev SƏRƏNCAM İMZALADI
13.12.19, Siyasət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
12.12.19, Cəmiyyət
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
10.12.19, Cəmiyyət
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
10.12.19, Gündəm
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
05.12.19, Gündəm