23
iyun
2020
15:21
1 309


Universal kart

AdRiver


Qırğızıstanın keçmiş prezidenti azadlıqdan məhrum edildi

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomay rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevin 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi və mal-mülkünün müsadirə olunması barədə hökm çıxarıb.
Qanunla.Az xəbər verir ki, bu barədə Qırğız Respublikasının KİV-i məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl A.Atambayevin prezident kürsüsünə gəlmək üçün qanun pozuntularına yol verməsinə dair ölkə parlamentində yaradılmış komissiya sabiq dövlət başçısının qanunsuz əməlləri arasında Əziz Batukayevi azad etmək məsələsini də müəyyənləşdirib. Məsələ ilə bağlı üç nəfər vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilib.
Ə.Batukayev 2006-cı ilin avqust ayında bir sıra ağır və xüsusi ağır cinayət törətməkdə təqsirli bilinərək 16 il 8 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.
A.Atambayev bu il avqustun 8-də paytaxt yaxınlığında yerləşən Koy Taş kəndindəki evində tərəfdarları bir müddət polisə müqavimət göstərəndən sonra həbs olunmuşdu.
Xatırladaq ki, Almazbek Atambayev 2011-ci il dekabrın 1-dən 2017-ci il noyabrın 24-dək Qırğız Respublikasının prezidenti olub. 

Xəbəri paylaşın




Digər xəbərlər:
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
13.05.20, Hadisə
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
28.04.20, Gündəm
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət