07
oktyabr
2020
18:23
1247


Universal kart

AdRiver


Türkiyə parlamentindən Paşinyana SƏRT XƏBƏRDARLIQ: “Dünya müharibəsini...”

Azərbaycanın dinc əhalisinə və mülki yaşayış obyektlərinə Ermənistanın hücumları qətiyyətlə qəbuledilməzdir. Ermənistan bu təxribatları ilə müharibə qanunlarını belə pozur”.
Bu sözləri Publika.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Artvin millət vəkili Uğur Bayraktutan deyib.

Uğur Bayraktutan - Timeturk Haber
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşən millət vəkili bildirib ki, Ermənistan 1915-ci il qondarma soyqırımı olaylarını bəhanə edərək 1992-ci ildə Xocalıda törətdiyi qətliamı kölgələmək istəyir: “Biz bunu qəbul edə bilmərik. Erməni diasporu və lobbisi Azərbaycan torpaqlarının işğalını unutdurmaq üçün daim 1915-ci olaylarını gündəmə daşımağa cəhd göstərib. 28 il əvvəl Azərbaycan torpaqları işğal olundu və azərbaycanlıların qətliamına dünya tamaşaçı qaldı. Azərbaycan və Türkiyənin Ermənistanın ərazisində heç bir iddiası yoxdur. Biz sadəcə işğal olunan Azərbaycan torpaqlarının boşaldılmasını və Azərbaycanın suverenliyinin tanınmasını tələb edirik”.
U.Bayraktutan Bakı-Tbilisi-Ceyhan enerji xəttinə edilən hücumu belə dəyərləndirib: “Bu, bölgədə Azərbaycanla bacara bilməyəcəyini anlayan Ermənistanın regional və bəlkə də dünya müharibəsinə yol aça biləcək təcavüzkar təşəbbüsüdür. Bunu da qəbul etməyimiz mümkün deyil”.
O, Ermənistana tövsiyə və tələblərini belə dilə gətirib: “28 ildir işğal altında olan Azərbaycan torpaqlarının dərhal boşaldılması və Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, mülki yaşayış məskənlərinə hücumları dayandırmağı tələb edirik. Türkiyə Respublikası Ermənistanın haqsız hücumları və təcavüzlərini qınayır”.
Parlamentari Türkiyə ilə bağlı bir sıra qondarma iddialar səsləndirən Ermənistana xatırlatma edib: “Azərbaycan təkbaşına sizin öhdənizdən gələ biləcək gücə sahibdir. Sizin arxanızda kimlərin dayandığını türk cəmiyyəti çox yaxşı bilir. Nikol Paşinyan (Ermənistanın hazırkı baş naziri – red.) ağlını başına toplasın. Azərbaycanın verdiyi şəhidlər və onun müstəqilliyi hər şeydən üstündür. Sonsuza qədər iki dövlət, bir millətin qardaşlığı yaşayacaq. Türkiyənin sərhədləri daxilində yaşayan bütün vətəndaşların ürəyi Azərbaycanla atır. Azərbaycanda birinin barmağı qanayanda bizim ürəyimiz qanayır. Türkiyə-Azərbaycan qardaşlığını Böyük Millət Məclisinin bir parlamentarisi kimi ifadə etməkdən qürur duyuram”.

Xəbəri paylaşın




Digər xəbərlər:
PKK-çıların Ermənistana göndərilməsi təsdiqləndi
PKK-çıların Ermənistana göndərilməsi təsdiqləndi
29.09.20, Dünya
PKK-nın ümidinə qalan Ermənistanın yeni terror planı — Azərbaycan hər an anti-terror əməliyyatlarına başlaya bilər
PKK-nın ümidinə qalan Ermənistanın yeni terror planı — Azərbaycan hər an anti-terror əməliyyatlarına başlaya bilər
21.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Mehriban Əliyeva çağırış etdi
Mehriban Əliyeva çağırış etdi
24.07.20, Siyasət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
12.07.20, Cəmiyyət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva
14.12.19, Gündəm