14
noyabr
2020
16:42
1394


Universal kart

AdRiver


Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir

Ermənistan ordusu ikinci Qarabağ müharibəsində 4 750 hərbçisini itirib. 
Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan özünün “Facebook” hesabından yazıb.
“İlk gündən həqiqi ölümləri gizlətmək üçün biabırçı və kədərli bir proses başladı”, - deyən sabiq diplomat əməliyyatın Ermənistanda şəxsən Paşinyanın, Qarabağda isə həyat yoldaşı tərəfindən idarə olunduğunu bildirib.
O, Gorus, Sisiyan, Vanadzor, Gümrü, Eçmiədzin və İrəvan morqlarında yer olmadığını da deyib.
“Və bu Ermənistanda XXI əsrdə - heç nəyi gizli saxlamağın mümkünsüz olduğu hesab olunduğu dövrdə baş verir. Məlum oldu ki, ölən oğlanların cəsədləri saatlarla soyuducuda gizlədilə bilər, çünki Nikol və Annaya gündə ortalama 30 qurbanın adının nəşrinə icazə verilib. Müharibə qurbanlarının son sayı isə hələ bəlli deyil. Əslində var, amma yayımlanmayıb. Fakt budur ki, beş gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi Nikola bu an üçün itkilərin siyahısını təqdim edib”.
Onun sözlərinə görə, təqdim olunan siyahıda 1100 itkin düşmüş erməni hərbçisinin adı da var.
“Ermənistanın Baş nazirinə məruzə edilən 4750 təsdiqlənmiş ölüm. Bu, rəqəm deyil. Bu bir nəsildir, bu bir şəhərdir, bu böyük bir ordudur. Bu dəhşətin məsuliyyəti o qədər böyükdür ki, müharibənin son həftələrində ölənlərin adları dərc olunmadı, dəfndə havaya atəş açmağa icazə verilmədi. Bu reallıqdır”, - deyə o, sözlərinin yekunlaşdırarkən bildirib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“The London Post”: Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır
“The London Post”: Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır
08.09.20, Dünya
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
İcra başçılarını qorxudan gizli kameralar... — PULTLA İDARƏ EDİLİR
İcra başçılarını qorxudan gizli kameralar... — PULTLA İDARƏ EDİLİR
09.05.20, Cəmiyyət