22
mart
2020
15:55
12 339


Universal kart

AdRiver


İlham Əliyevdən böyük vətəndaşlıq nümunəsi

Pandemiyaya qarşı mübarizə yalnız ona qarşı ümummilli cəbhə yaratmaqla səmərəli ola bilər. Çünki total viral hücumun hədəfi bütövlükdə cəmiyyətin hər bir üzvüdür. Ona görə də cəmiyyətin bütün resursları koronavirusa qarşı səfərbər edilməlidir. Bu mənada Azərbaycanda koronovirus təhlükəsinə qarşı həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir. Bu isə əlbəttə yaxşı nəticələr verir.
Qanunla.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, hazırkı vəziyyətdə qısa bir müqayisəli təhlil aparsaq doğurdan da ölkəmizdə virus təhdidlərinə qarşı vəziyyətin digər ölkələrə nisbətdə xeyli dərəcədə yaxşı olduğunu görə bilərik. Azərbaycan təhlükə yaranar-yaranmaz vaxt itirmədən təhlükəsizlik tədbirləri həyata keçirməyə başladı. Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mübarizə tədbirləri üçün əvvəlcə on milyon manat ayrıldı. Daha sonra dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və həmin fonda iyirmi milyon manat ayrıldı. Bütün bunlarla yanaşı bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlər həyata keçirildi, tibbi texniki avadanlıqlarla təchizat məsələləri ən yüksək səviyyədə həll edildi. Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin könüllü ödəmələr etməsi üçün şərait yaradıldı. Prezident İlham Əliyev özünün bir illik əməkhaqqını bu fonda ianə etməklə böyük vətəndaşlıq nümunəsi göstərdi. Bu addım təkcə Fonda yardım deyil, həm də imkanlı təşkilat və müəssisələrə, eyni zamanda, ayrı-ayrı vətəndaşlara koronovirus təhlükəsinə qarşı həm də maddi müstəvidə səfərbər olmaq niyyətinin dəstəklənməsi çağırışı idi. Əlbəttə, daim ümummilli mənafelər naminə səfərbər olmağı bacaran xalqımız, onun ayrı-ayrı fərdləri bu təşəbbüsü yüksək qiymətləndirərək öz imkanları çərçivəsində Fonda ianələr ayırmağa başladılar. Fonda yığılan vəsait koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək ki, bu da nəticə etibarilə pandemiyaya qarşı mübarizədə bizi daha güclü etməklə bu qlobal təhdiddən minimum itkilərlə çıxmağımıza yardım edəcək.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
19.03.20, Cəmiyyət
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı
15.03.20, Cəmiyyət
Əliyevin gündəmi silkələyən nitqi: Nələr dedi?
Əliyevin gündəmi silkələyən nitqi: Nələr dedi?
13.03.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Medianın seçki hazırlığı: Namizədləri gözləyirik
Medianın seçki hazırlığı: Namizədləri gözləyirik
28.12.19, Cəmiyyət
“Çünki mən sizə irad tutmuşam” - Prezident
“Çünki mən sizə irad tutmuşam” - Prezident
26.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət