14
noyabr
2020
16:14
1985


Universal kart

AdRiver


Bakı BMT ilə birgə çalışacaq: İrəvan məhkəməyə verilir – Şərh

30 illik işğal nəticəsində ermənilər infrastrukturu tamamilə dağıdıblar, yaşayış evlərini, o cümlədən sosial və inzibati binaları məhv ediblər. Meşə və bitki örtüyü tamamilə məhv edilib. İşğaldan azad olunan ərazilərimizdə ziyan kifayət qədər böyükdür.
Bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün aparılacaq araşdırma və dəyən ziyanın hesablanması haqda danışarkən deyib.
O bildirib ki, ərazilərimiz işğal altında oldugu müddətdə erməni silahlı qüvvələri tərəfindən ekoloji genosidə məruz qalıb:
"Əvvəlki dövrlərdə təbii ki, qiymətləndirmə aparan zaman həmin yerlər işğal altında olduğuna görə, yerində qiymətləndirmə aparmaq mümkün olmurdu. Lakin indi vəziyyət tam fərqlidir, çünki 30 ildir işğal altında olan ərazilərimiz azad olunub və nəticə etibarilə artıq həmin ərazilərin özündə Azərbaycan dövlət qurumları, eyni zamanda yaşayış məskənləri yenidən qurulacaq.
Bu prosesə BMT və digər beynəlxaq təşkilatlar da cəlb ediləcək. Bununla bağlı bizim təkliflərimiz var, dünən rəsmi olaraq elan olundu ki, BMT qiymətləndirməyə cəlb olunacaq. Bu baxımdan artıq yerində qiymətləndirmə olacaq və bu daha real qiymətləndirilmədir, çünki əvvəlki inventar dəyər müəyyənləşəcək”.
Millət vəkili deyib ki, mövcud rayonlarda infrastruktur praktik olaraq qalmayıb, amma vəziyyətin qiymətləndirilməsi üçün iqtisadi dəyərləndirmə aparılacaq. Əvvəlki dövrdə necə idi, yəni işğaldan əvvəl orada hansı infrastruktur vardı, evlər və digər binalar, eyni zamanda meşə örtüyü indi necədir, aydınlaşacaq:
“Hazırda işğaldan azad olunan bütün torpaqlarımızda müqayisəli şəkildə qiymətləndirmənin aparılması mümkün olacaq. BMT də bu prosesə cəlb olunacaq. Bu, həm də obyektiv şəkildə qiymətləndirmənin aparılması və prosesin artıq beynəlxalq məhkəməyə daşınmasına imkan veriləcək.
Azərbaycan hökuməti, BMT-nin ekspertləri birlikdə qiymətləndirmə aparacaq. Daha sonra isə əldə edilən nəticələr, ümumi dəyən ziyanın hər bir rayon üzrə qruplaşdırılacağı gözlənilir. Məhz bundan sonra Azərbaycan beynəlxalq məhkəməyə müraciət etmək və konpensasiya tələb etmək hüququna malik olacaq”.
Ekspertin fikrincə, bu proses çox vacibdir. Çünki söhbət Azərbaycanın sərvətinin, əmlakının dağıdılmasından gedir:
“Ermənilər uzun müddət - 30 il bizim sərvətimizi dağıdıblar. Məsələ yalnız əmlak deyil, Kəlbəcər və Zəngilanda qızıl ehtiyatlarımızı istifadə ediblər və ciddi şəkildə təbii ehtiyatlarımıza da ziyan vurublar. Bu baxımdan bu prosesin beynəlxalq səviyyəyə çıxarılması üçün lazım olan bütün variantlar, işlər həyata keçiriləcək".

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət