08
yanvar
2021
15:24
1656


Universal kart

AdRiver


Azad edilən əraziləri belə bərpa etməliyik – Mehdiyev

İşğaldan azad olunan yerlərin bərpası ilə bağlı bir neçə məsələdə diqqətli olmalıyıq. Bərpa deyildikdə bu, küçələrin və evlərin yerləşməsinin 1992-ci ildən əvvəlki vəziyyətə qaytarılması kimi başa düşülməməlidir. Planlı küçələr salınmalı, evlərin həyətyanı sahələri geniş tutulmalıdır. Qayıtmaq istəməyinin torpaq ölçüsünü nəzərə alıb, ona hər hansı bir yerdə - dövlət tərəfindən mənzili bərpa edilməmək şərtilə - torpaq verilə bilər.
Qanunla.Az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, hər bir kənd və qəsəbəni bərpa etməyə ehtiyac yoxdur:
“Bu, külli miqdarda pul aparır. Bəzi kənd, qəsəbələri açıq havada muzey kimi saxlamaq olar. Bərpa olunacaq yerlərin seçimində meyarlar tətbiq olunmalıdır. Məsələ ondadır ki, əhalinin neçə faizi ora qayıtmaq istəyir? Məşğulluq məsələsi necə olacaq? Həmin yerləşmə məntəqəsi hansı müddətdə ÜDM-yə müsbət təsir göstərəcək?”
Ekspert bildirib ki, bərpa olunacaq hər bir yerin sıfırdan baş planı hazırlanmalıdır. Müvafiq memarlıq üslubu seçilməlidir. Sonra həmin yerlərdə üslub və tikinti baxımından məhdudiyyətlər gətirilməlidir:
“Ölkədaxili miqrasiyanın müsbət bir şey olduğunu nəzərə alaraq, müvafiq subsidiyalar verməklə digər bölgələrdən olan insanların da Qarabağa yerləşməsi təşviq olunmalıdır. Bura kənd təsərrüfatına yararlı rayonlarda orta fermer təsərrüfatı üçün, Kəlbəcər kimi rayonlarda turizmin inkişafı üçün subsidiyaların verilməsi və s. aiddir.
Beynəlxalq investorların regiona cəlb edilməsi gözdən qaçırılmamalıdır. Xocavəndə və Kəlbəcərə (turizm üçün daha əlverişli yerlərdir) hava nəqliyyatı infrastrukturu yaradılmasına üstünlük verərək, həmin ərazilərdə xüsusi investisiya rejimi tətbiq edilə bilər.
Qazi və şəhid ailələrinə azad edilmiş ərazilərdə torpaq sahəsi, yerləşmək istədikdə mənzil də təklif olunmalıdır.
Bəzi elm və təhsil mərkəzilərinin köçürülməsi də diqqətdən qaçmamalıdır”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Sahil Babayevdən yeni TƏYİNATLAR
Sahil Babayevdən yeni TƏYİNATLAR
25.07.20, Sosial
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənova cinayət işi açıla bilər
Əli Həsənova cinayət işi açıla bilər
15.05.20, Cəmiyyət