11
yanvar
2021
11:13
11 033


Universal kart

AdRiver


Moskva görüşü: Putinin Makrona zəngi və TŞ-ni çağırması...

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin iştirakı ilə keçiriləcək görüşdən öncə nəticə ilə bağlı irəli sürülən ehtimallar gözlənildiyindən xeyli azdır.
Qanunla.Az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.
“Ermənistan tərəfindən yalnız baş nazirin mətbuat xidmətinin rəhbəri danışıb və ən yaxşı halda kommunikasiyaların açılması ilə bağlı razılıq əldə edilərsə, birgə bəyanatın imzalana biləcəyini deyib.
Rusiya Prezidenti Putin Fransa lideri Emmanuel Makronla “məsləhətləşib”, görüşdən öncə Təhlükəsizlik Şurasının iclasını keçirib.
Makronla məsləhətləşmə Minsk prosesinin mövcudluğu ilə bağlı təsəlli jesti olsa da, mahiyyət görüşün nəticəsinə uyğun şəkildə, Fransa rəsmilərinin açıqlamalarında özünü qismən də olsa, büruzə verəcək. Fransanın razılıqla qarşıladığı istənilən prosesin Azərbaycanda şübhə doğuracağı və narahatlıq yaradacağı üçün rəsmi Parisin daha ehtiyatlı davranacağını düşünürəm. Bununla yanaşı, Minsk prosesinin digər iştirakçısı olan ABŞ-la “məsləhətləşmə”yə həmsədrlərin, xüsusilə də Fransanın ehtiyac duymadığı maraq doğurur. Zənnimcə, bu məqama yanvarın 20-dən sonra yenidən nəzər salmaq lazım gələcək”, - politoloq bildirib.
E.Mirzəbəyli Rusiya Təhlükəsizlik Şurasının iclasının daha çox siyasi məqsəd daşıdığını vurğulayıb və Moskvanın görüşün əhəmiyyətini və ciddiliyini qabartmaq, vacib bildiyi mesajları ötürmək üçün TŞ-dən istifadə etdiyi ehtimalını irəli sürüb:
“Azərbaycanın mövqeyi aydındır və artıq ən incə detallarına kimi Prezident İlham Əliyev tərəfindən açıq şəkildə elan olunub. Qeyd edim ki, kommunikasiyaların tez bir zamanda açılması bizim maraqlarımıza da uyğundur: amma buna qədər olan bütün digər məsələlər öz həllini tapandan, xüsusilə də erməni silahlıları Qarabağdan tamamilə çıxarılandan sonra...” - politoloq bildirib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Makron Putinə sayğısızlıq etdi - Fransa və Rusiya arasında gərginlik
Makron Putinə sayğısızlıq etdi - Fransa və Rusiya arasında gərginlik
26.11.20, Siyasət
Fransa jurnalının ermənipərəst sualları - Nazir cavabladı
Fransa jurnalının ermənipərəst sualları - Nazir cavabladı
25.11.20, Siyasət
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
23.11.20, Cəmiyyət
Fransa Prezidenti Makrona açıq məktub
Fransa Prezidenti Makrona açıq məktub
21.11.20, Gündəm
Türkiyənin Qarabağdakı rolu NATO dostlarını “narahat” edirmiş
Türkiyənin Qarabağdakı rolu NATO dostlarını “narahat” edirmiş
17.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm