12
yanvar
2021
10:31
1469


Universal kart

AdRiver


Anar Məmmədov: Ölkəmizdə pandemiya ilə bağlı vəziyyət tam nəzarətdədir

Dünyanı başına alan, əksər ölkələrdə ikinci dalğası müşahidə olunan, sosial və iqtisadi fəsadları getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaq oldu. Hər bir dövlət bu sınaqdan az itki ilə çıxmaq üçün malik olduğu imkanlara, təcrübəyə uyğun addımlar atdı və bu proses hələ də davam etməkdədir. Reallıq isə budur ki, əksər dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür.
Bunu “Yeni Gündəm”-ə açıqlmasında Milli Məclisin deputatı Anar Məmədov deyib.
​Pandemiya başlayan gündən etibarən Azərbaycan öz təkmil təcrübəsi ilə dünyanın diqqətində oldu. Ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin məsələyə dərhal adekvat reaksiya verdiyini və bundan uğurla çıxmaq üçün təkmil yollar axtardığını ortaya qoydu. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə qeyd etdiyi kimi: Azərbaycan koronavirus sınağından şərəflə çıxır, vəziyyət tam nəzarətdədir.
​İstənilən məsələnin həlli üçün ilkin mərhələ mühüm rol oynayır. Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri səbəbsiz deyil. Çünki ÜST yeni növ koronavirusu qlobal pandemiya elan edəndə Azərbaycan bu çağırışa ilk qoşulan ölkələrdən olub. Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Daim bu prinsiplə hərəkət edən ölkə baçşısının güclü sosial siyasəti pandemiya dövründə əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə özünü göstərdi. Buna bariz nümunə kimi cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamı ilə sosial rifaha dəstəyin təmin olunması üçün əməli addımlar atıldı. Pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dəyəri 2,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketi qəbul edildi. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verildi. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir. Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Prezidentin fərmanı ilə yaradılmış xüsusi fonda isə 114 milyon manatdan artıq vəsait yığılıb. Ümumilikdə dünya ölkələrində iqtisadiyyata və sosial sahəyə dəstək tədbirləri üzrə mövcud olan təcrübələrə nəzər salanda görürük ki, Azərbaycan pandemiya dövründə bütün istiqamətlərdə digər bir çox ölkələrlə müqayisədə daha əhatəli və çox istiqamətli iqtisadi və sosial dəstək proqramları həyata keçirmişdir.
​Hazırda kəs virusla mübarizədə səmərəli xilas yolu olaraq peyvəndlənməni gözləyir. COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkəmizə gətiriləcək peyvəndlərə də böyük ümidlər bəslənilir. Bu ay ərzində Azərbaycana peyvəndin gətirilməsi gözlənilir və bütün kontraktlar imzalanıb. Peyvəndlərin gətirilməsi və onun vaksinasiyasının başlanılması ilə artıq bütün bəşəriyyətin qlobal bəlasına çevrilmiş koronavirus infeksiyasına qalib gəlmiş olacağıq. Lakin bir müddət daha tibbi maska taxmalı, əl gigiyenası və sosial məsafə ilə əlaqədar qaydalara əməl etməliyik.

Xəbəri paylaşın




Digər xəbərlər:
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ
AZƏRBAYCANDA KORONAVİRUSLA MÜBARİZƏ MODELİ
20.06.20, Cəmiyyət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev doğru qərarlar qəbul etdi
İlham Əliyev doğru qərarlar qəbul etdi
27.03.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət