13
yanvar
2021
10:28
1635


Universal kart

AdRiver


“RİİB-in tibbi-psixoloji dəstək verdiyi uşaqlar gələcəyin əsgərləri, ailə başçılarıdır”

Cəlil Xəlilov: “Onların normal inkişafı, vətənimizə, dövlətimizə, cəmiyyətimizə yararlı vətəndaşlar kimi yetişdirilməsi olduqca vacibdir”

Xəbər verdiyimiz kimi, Heydər  Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirməkdədir.


Moderator.az-a açıqlamasında məlum layihənin önəminə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müvini, polkovnik Cəlil Xəlilov bu kimi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:


Təbii ki, post-müharibə dönəminə məxsus əsas məsələlərdən biri müharibədə fiziki xəsarət alan hərbçilərimiz və mülki insanlarımızla yanaşı, psixoloji baxımdan zərər çəkən vətəndaşlarımıza da qayğı göstərmək, onların sağlamlığı istiqamətində müntəzəm və effektli tədbirlər həyata keçirməkdir. Bu baxımdan RİİB və TƏBİB-in bölgələrdə müharibədən psixoloji zərər görən vətəndaşlarımıza – xüsusilə də uşaqlara və gənc analara psixoloji dəstək göstərməsi, onları müalicə prosesinə cəlb etməsi, olduqca zəruri və tədirəlayiq bir addımdır. Bu, sadəcə hərbçilərimizin deyil, müharibədən zərər çəkən mülki insanlarımızın da sağlamlığının, fiziki və psixoloji problemlərinin həllinin dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu, bu istiqamətdə ciddi layihələrin həyata keçirildiyini göstərir.


Bu baxımdan Ağdam, Ağcabədi və digər bölgələrimizdə RİİB və TƏBİB-in vətəndaşlarımıza tibbi yardım göstərməsi, onların müayinə və müalicəsi istiqamətində konkret addımlar atması alqışlanmalıdır. Unutmaq olmaz ki, bu gün psixoloji dəstək alan uşaqlarımız sabahın əsgərləri, ailə başçılarıdır. Onların normal inkişafı, vətənimizə, dövlətimizə, cəmiyyətimizə yararlı vətəndaşlar kimi yetişdirilməsi olduqca vacibdir.


Mən həyata keçirdiyi bu ali missiyaya görə RİİB və TƏBİB-ə öz dərin minnətdarlığımı bildirir, onlara bu zəruri fəaliyyətlərində uğurlar arzulayıram”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Şuranın dəstəyi ilə Qurban Bayramı günündə aztəminatlı Ailələrə ərzaq və tibbi ləvəzimatla yardım edildi
Şuranın dəstəyi ilə Qurban Bayramı günündə aztəminatlı Ailələrə ərzaq və tibbi ləvəzimatla yardım edildi
31.07.20, Cəmiyyət
Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR
Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR
18.07.20, Sosial
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət