10
fevral
2021
14:44
1826


Universal kart

AdRiver


Творческий конкурс Адели

Pakistanın Baş Qərargah rəisi Qarabağdan danışdı

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, general N.Raza Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin, torpaqların işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını vurğulayaraq bu münasibətlə səfirə təbriklərini çatdırıb, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib.
General, iki ölkə arasındakı olan qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmlənməsinə Pakistan Silahlı Qüvvələrinin önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın Azərbaycana qarşı son təxribatları və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə mövcud olan cari vəziyyət haqqında məlumat verib. Azərbaycan və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduqlarını bildirən səfir Əli Əlizadə, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən olan müdafiə, təhlükəsizlik və hərbi sahələrdə də ölkələrimizin strateji tərəfdaşlığa malik olduğunu vurğulayıb və hər iki ölkənin rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində qeyd olunan sahələrdə də mütəmadi yüksəlişin müşahidə edildiyini qeyd edib.
Pakistanın Vətən Müharibəsi dövründə də Azərbaycanın yanında dayanaraq ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin böyük məmnunluqla qarşılandığını vurğulayan səfir Əli Əlizadə, göstərilən bu mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və Hökümətinə, eləcə də Pakistan Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb.
Görüşdə, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Şəhid atası Prezidentə məktub yazdı
Şəhid atası Prezidentə məktub yazdı
12.01.21, Cəmiyyət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
07.01.21, Cəmiyyət
Azərbaycan və İspaniya arasında memorandum imzalandı
Azərbaycan və İspaniya arasında memorandum imzalandı
27.11.20, İqtisadiyyat
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Döyüşdə məğlubiyyətə uğrayan Ermənistan… - Nazir
Döyüşdə məğlubiyyətə uğrayan Ermənistan… - Nazir
04.11.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Paşayeva Pakistan Senatının üzvü ilə görş keçirdi - Foto
Paşayeva Pakistan Senatının üzvü ilə görş keçirdi - Foto
20.06.20, Siyasət
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət