12
fevral
2021
12:42
11 013


Universal kart

AdRiver


Творческий конкурс Адели

Prezidentin yüksək vəzifəli məmurları tənqid etməsi...

Prezidentin yüksək vəzifə tutan bir neçə hökumət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. Halbuki ötən illər ərzində üç nazirin və yeddi icra hakimiyyəti rəhbərinin cəzalandırılması, 2015-ci ildə MTN-in ləğvi, iqtisadiyyat, sosial və nəqliyyat sahələrində, o cümlədən 2019-cu ildə hər üç hakimiyyət qolunda əsaslı dəyişikliklərin aparılması dövlət başçısının kadrlara münasibətdə həmişə sərt tələblərlə yanaşdığını sübut edir.
Qanunla.Az xəbər verir ki, bunu parlamentin iclasında Komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, indi Şuşa və bütün Qarabağ hər bir hakmiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib. Lakin bir qisim siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir:
“Əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə cavab verəcək. Lakin yüksək çinli şəxsləri tənqid edərkən onillər ərzində əldə olunan bütün ugurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur. Bir nazir ucbatından onminlərlə dövlət qulluqçusunu ogru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha əl atıblar: məmur məsələsi!
Prezident tarixi Qələbədən sonra yeni hakimiyyət quruculuğunu davam etdirir. Bu, qətiyyən parçalanma, qütbləşmə, iqtisadi maraqlar mübarizəsi deyil. Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmaları küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir.
İndi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər, xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları, rusofillər, yaxud qərbpərəstlər, 5-ci, yoxsa 6-cı kolon təmsilçiləri” bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var: Birincisi, 30 il əvvəl partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək.
İkincisi, Prezidentin yeni hakimiyyət quruculuğunun qarşısını almaq!
Bəli, dövlət başçısının tənqidi hamı üçün bir siqnaldır. Ona görə də təklif edirəm ki, Amerikanın dövlətiçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər. Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin.
Əslində “Dəmir Yumruq” yalnız 44 gün üçün deyil. O, “Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa “Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçilyin və ictimai ədalətin bərqərar olunmasında da!”

Xəbəri paylaşın




Digər xəbərlər:
Vüqar Səfərli həbs edildi
Vüqar Səfərli həbs edildi
14.01.21, Hadisə
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
28.04.20, Gündəm
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
MM-dəki proses İH-lərə keçir: 29 ildə yaşanan bir ilk... - Zahid Oruc
MM-dəki proses İH-lərə keçir: 29 ildə yaşanan bir ilk... - Zahid Oruc
15.03.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət