13
fevral
2021
09:50
11 336


Universal kart

AdRiver


Творческий конкурс Адели

Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video

Qanunla.Az “Yeni Müsavat” Media Qrupunun Xocavənd rayonun Edilli kəndindən reportajını təqdim edir:
Qarabağ ətrafında təxribatlar başlamazdan əvvəl bu kənddə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb.
Edilliyə yola düşərkən bizi maraqlandıran və haqqında daha əvvəllər də danışdığımız Kamo Ağacanyan haqqında araşdırma aparmağı da planlaşdırmışdıq. Bizimlə yol yoldaşı olan və illər sonra kəndinə qayıdan Edilli sakinləri ilə də bu haqda danışdıq.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizlik xidmətinin rəhbəri olan Ağacanyan haqda yerli sakinlər deyir ki, əslən yarıazərbaycanlı olan Ağacanyan Edilli kəndində doğulub, bu kənddə boya-başa çatıb. Onun atası Əkbər vaxtilə Füzuli şəhərində yaşayıb, bu şəhərdə erməni qızla ailə qurub, sonra nə baş veribsə, o arvadını da götürərək Edilli kəndinə köçüb və bu kənddə təsərrüfatla məşğul olub, azərbaycanlılarla birlikdə çalışıb.
Yerli sakinlərin sözlərinə görə, Əkbər Kərimov həmişə öz soydaşları ilə ünsiyyətdən qaçırmış, hətta onların salamına belə cavab vermir, özünü eşitməzliyə vururmuş. Onun atasının adı İbad, anasının adı isə Münəvvər olub. Kamo özü isə həmişə erməni tay-tuşları ilə oturub-durur, dava-filan olanda həmişə ermənilərə qahmar çıxırmış.
Məlumata görə, Kərimovlar ailəsində doğulan Ağacanyan Ermənistanda müxtəlif vəzifələrdə çalışdığı müddətdə əslən Azərbaycandan olmasını gizlətməyə çalışıb.
O, həm soy adını dəyişərək Ağacanyan edib, həm də ata adını Ağberoviç kimi göstərib. Doğulduğu Edilli kəndinin adını isə Uxtadzor kimi qeyd edib. Çünki ermənilər bu kəndi işğal etdikdən sonra adını dəyişdirərək Uxtadzor qoyub.
Ermənilər Qarabağda separatçı hərəkata başlayanda Kamo Ağacanyan əsl erməni simasını ortaya qoyaraq həmkəndlilərinə qarşı kinini, nifrətini göstərməyə başlayıb. Atası ilə birlikdə azərbaycanlıların Edillidən məcburi çıxarılmasının fəal iştirakçılarından biri olub.
52 yaşlı Ağacanyan separatçı rejimdə müxtəlif yüksək vəzifələr tutub. Həmçinin illərlə doğulduğu Edilli kəndindən ayrı düşməyib. Burada özünə böyük bir obyekt də tikdirib.
Səfərimiz zamanı bu obyektə də baş çəkdik. Ağacanyan kəndin ən mənzərəli guşəsində tikilən bu restorana özü də tez-tez istirahətə gəlirmiş.
İki mərtəbəli bu restoranın birinci mərtəbəsində məclislərin təşkil olunması üçün böyük bir zal var. Giriş hissədə geniş mətbəx, həyətində isə böyük bir manqalı var.
Ağacanyana məxsus bu məkanın ikinci mərtəbəsi həm də ofis kimi istifadə olunub. Buradakı otaqlarda əsasən yerli sakinlərə və döyüşçülərə məxsus rəsmi sənədlər var.
Bu sənədlərin və bütün erməni izlərinin bu torpaqlardan silinməsinə az qalıb. Gözəl təbiəti olan Edilli böyük qaydışı, öz camaatını gözləyir...


 

Xəbəri paylaşın




Digər xəbərlər:
Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə BƏYANATI
Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyasının 5 dekabr Anım Günü münasibətilə BƏYANATI
06.12.20, Siyasət
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ - Ürəyinə daman başına gəldi - FOTOLAR
23.11.20, Cəmiyyət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
30.05.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Lerikində icra başçısı həbs oluna bilər- İddia
Lerikində icra başçısı həbs oluna bilər- İddia
19.12.19, Gündəm