19
may
2020
10:46
12 167


Universal kart

AdRiver


Gəncədə liftin şaxtasına düşən qız öldü

Mayın 10-da Gəncə şəhərində yerləşən mağazalar şəbəkəsinin birində liftin şaxtasına düşən qız ölüb.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızı satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alıb.
O, mayın 18-də isə müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Keçmiş başçının bacısı oğlu tutuldu - Rəsmi
Keçmiş başçının bacısı oğlu tutuldu - Rəsmi
04.05.20, Hadisə
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Aysel Ələkbərzadənin intihar cəhdi barədə rəsmi AÇIQLAMA
Aysel Ələkbərzadənin intihar cəhdi barədə rəsmi AÇIQLAMA
10.03.20, Hadisə
Azərbaycanda “cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə ağır cəza verildi
Azərbaycanda “cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə ağır cəza verildi
07.02.20, Hadisə
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət