19
may
2020
15:48
12 268


Universal kart

AdRiver


Dövlət Sərhəd Xidmətinin həbs edilən polkovnikin vəsatəti təmin edilmədi — QƏRAR

Vəzifə səalhiyyətlərini aşmaqda və rüşvət almaqda ittiham olunan Dövlət Sərhəd Xidmətinin həbs edilən polkovniki Elçin Vəliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkili tərəfindən verilən vəsatətə baxılıb. 
 
Qanunla.Az-ın xəbərinə görə, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan iclasda Elçin Vəliyevin müdafiəçisi onun barəsində seçilmiş həbs qətimkan tədbiriin dəyişdirilməsini barədə qərar elan edib. 
 
Qərara görə, vəsatət təmin olunmayıb.
 
 
Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
 
 
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
 
 
Əfqan Nağıyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) mddələri ilə ittiham olunur.
 
 
Digər qəsirli bilinən zabitlər - Samiq Əzizov, Müzəffər Namazov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Elçin Vəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) mddələri ilə ittiham elan olunub.
 
 
Digər təqsirləndirilən Qadir Səməndərovə Cinayət Məcəlləsinin 331.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) və 313-cü (vəzifə saxtakarlığı), Xalis Quliyevə isə Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham verilib.
 
 
Qeyd edək ki, Əfqan Nağıyevdən başqa saxlanılanlar Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisləridir.
 
 
Bakı Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Məhkəmədən Vilyam Hacıyevlə bağlı - Qərar
Məhkəmədən Vilyam Hacıyevlə bağlı - Qərar
19.05.20, Cəmiyyət
DSX-nin rəis müavini işdən çıxarıldı
DSX-nin rəis müavini işdən çıxarıldı
15.05.20, Cəmiyyət
Dövlət Sərhəd Xidmətinin rəis müavini və yüksək rütbəli hərbi qulluqçuları saxlanılıb
Dövlət Sərhəd Xidmətinin rəis müavini və yüksək rütbəli hərbi qulluqçuları saxlanılıb
14.05.20, Hadisə
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
13.05.20, Hadisə
Şirvanda Korrupsiya İdarəsinin həbs etdiyi vəzifəli şəxslə bağlı QƏRAR
Şirvanda Korrupsiya İdarəsinin həbs etdiyi vəzifəli şəxslə bağlı QƏRAR
13.05.20, Cəmiyyət
Azərbaycanda daha 2 vəzifəli şəxs rüşvətə görə tutuldu
Azərbaycanda daha 2 vəzifəli şəxs rüşvətə görə tutuldu
05.05.20, Hadisə
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət