20
may
2020
16:21
13 214


Universal kart

AdRiver


DSX-nin daha bir zabiti həbs edildi

Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb.
Qanunla.Az Yeni Sabah-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, may ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. May ayının 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Bunlar DSX-nın rəisi Elçin Quliyevin müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Əzizov Samiq Yusif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.

Xəbəri paylaşın




Digər xəbərlər:
Dövlət Sərhəd Xidmətinin həbs edilən polkovnikin vəsatəti təmin edilmədi — QƏRAR
Dövlət Sərhəd Xidmətinin həbs edilən polkovnikin vəsatəti təmin edilmədi — QƏRAR
19.05.20, Hadisə
Dövlət Sərhəd Xidmətinin rəis müavini və yüksək rütbəli hərbi qulluqçuları saxlanılıb
Dövlət Sərhəd Xidmətinin rəis müavini və yüksək rütbəli hərbi qulluqçuları saxlanılıb
14.05.20, Hadisə
Əbülfəs Qarayev vəzifəsindən azad edilir
Əbülfəs Qarayev vəzifəsindən azad edilir
13.05.20, Cəmiyyət
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var
Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var
24.01.20, Kriminal
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Həbs edilən icra başçıları ilə bağlı sensasion faktlar açıqlandı: 616 min manatı ...
Həbs edilən icra başçıları ilə bağlı sensasion faktlar açıqlandı: 616 min manatı ...
19.12.19, Gündəm
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət