17
iyun
2020
10:55
2 425


Universal kart

AdRiver


İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Rövşən Əkbərov və İran vətəndaşı Əkbər Şahbazinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunla.Az-ın əldə etdiyi məlumata görə, Rövşən Əkbərov İran İslam Respublikası vətəndaşı Şahbazi Əkbər Dilavər oğlu və İran İslam Respublikasının ərazisində olan şəxsiyyətləri məlum olmayan şəxslər, habelə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan dərman preparatlarının satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2018-ci ilin sentyabr ayının sonlarında razılığa gəlib.

Bu məqsədlə Rövşən Əkbərov İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçiriləcək həmin maddələrin qoyulacağı yerdən götürülüb, qrupun digər üzvünə çatdırılmasını qabaqcadan vəd verib.

Bundan sonra cinayətkar qrupun üzvlərinin arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun üzvü Şahbazi Əkbər Dilavər oğlu və qrupun şəxsiyyəti məlum olmayan digər üzvü qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda-1175 qram narkotik vasitə olan heroini, külli miqdarda-690 qram narkotik vasitə olan tiryəki, təsiredici maddəsinin ümumi miqdarı 60 qram təşkil edən narkotik vasitə olan metadon dərman preparatını və təsiredici maddəsinin ümumi miqdarı 450 qram təşkil edən 3000 kapsulda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 1 oktyabr 2018-ci il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin Astara rayonun ərazisində yerləşən 9-cu sərhəd zastavasının xidməti ərazisindən keçiriblər.

Həmin külli miqdarda narkotik vasitələri və güclü təsir edən dərman preparatlarını gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, həmin vaxt ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Şahbazi Əkbər Dilavər oğlu saxlanılıb, qrupun digər üzvü geri-İran İslam Respublikasına qaçmağa müvəffəq olub.

Həm də Şahbazi Əkbər Dilavər oğlu və qrupun digər üzvü tərəfindən əraziyə atılmış içərisində külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddə olan dərman preparatları olan bir ədəd çanta aşkar olunub.

Bundan sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən əməliyyat tədbiri davam etdirilib.

Belə ki, əvvəlcədən cinayətkar qrupun üzvlərinin arasında olan razılaşmaya uyğun olaraq müəyyən edilmiş yerə içərisində külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddə olan dərman preparatları olan bir ədəd çanta qoyulduqdan sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun üzvü Rövşən Əkbərov Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda-1175 qram narkotik vasitə olan heroini, külli miqdarda-690 qram narkotik vasitə olan tiryəki, təsiredici maddəsinin ümumi miqdarı 60 qram təşkil edən narkotik vasitə olan metadon dərman preparatını və təsiredici maddəsinin ümumi miqdarı 450 qram təşkil edən 3000 kapsulda güclü təsir edən maddə olan preqabalin dərman preparatını cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvlərinə çatdırmaq məqsədi ilə 1 oktyabr 2018-ci il tarixdə, saat 00:00 radələrində Astara rayonunun Burzubənd kəndində yerləşən qəbirstanlığın yaxınlığında olan ərazidə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaq üçün idarə etdiyi “Mercedes” markalı, 99-BA-462 dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə gəlib.

Ona verilmiş tapşırığa uyğun olaraq narkotik vasitələr və güclü təsir edən dərman maddələri ilə bağlı verilməli olan 2000 manat pulu kənd qəbiristanlığının yaxınlığında olan ərazidəki ayaqyoluna qoyub və qeyd olunan çantada olan külli miqdarda narkotik vasitələr, güclü təsir edən dərman maddələrini qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Habelə Rövşən Əkbərova məxsus “Mercedes” markalı, 99-BA-462 dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı həmin 2000 manat pul aşkar edilib.

İstintaq orqanı tərəfindən Rövşən Əkbərovun barəsində Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci (iştirakçılıq, qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi - güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən Əkbər Şahbazinin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi - güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə - bu məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Rövşən Əkbərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rövşən Əkbərovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Rövşən Əkbərovun apelyasiya şikayəti təmin olunmayıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı
16.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Mingəçevirdə əməliyyat - Aptek sahibi həbs edildi - FOTO
Mingəçevirdə əməliyyat - Aptek sahibi həbs edildi - FOTO
20.12.19, Hadisə
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət