08
yanvar
2020
23:24
11 844


Universal kart

AdRiver


Yardımlı Təhsil Şöbəsinin Müdiri Manaf Səmədzadənin Qanunsuz Əməlləri-Video Səs Yazısı

Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun bir qrup sakinləri və təhsil işçiləri tərəfindən bizə ünvanlanan müraciətlər əsasında Yardımlı Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadənin qanunsuz əməlləri barədə xəbər portalımızda məlumat dərc etmişdik və Ümid Tv Azərbaycan kanalında da xüsusi reportaj yayımlanmışdı. Bundan başqa Yardımlı Təhsil Şöbəsində baş verən özbaşınalıqları əhatə edən məlumatlar əsasında hazırlanan xüsusi reportajın anonsu da yayımlanmışdı.
Elə hər şey bu anonsdan sonra başlayıb. Qəribəsi odur ki, Yardımlı Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə yayımlanan anonsdan sonra əks hərəkata start verib.
Belə ki, yayımlanan xəbərlərin facebook səhifəsində olan paylaşımlarına rəy bildirən Yardımlı sakinlərini və təhsil işçilərini bir-bir taparaq təhdid edib ki, yazdıqları rəyləri silsinlər. Təbii rəy yazan həmin şəxslər də nədənsə təzyiqə baş əyərək yazdıqları rəyləri siliblər. Məsələ bunda deyil. Əsil həngamə Manaf Səmədzadənin nəyinsə müqabilində sifarişlərini həyata keçirən bəzi saytlarda təsir və şantaj tipli həqiqətə uyğun olmayan şablon yazı xəbərinin dərc edilməsindədir.
Əziz oxucular.
Şantajla təsir kompaniyasına başlayanlar, elə təhsil şöbəsinin müdirinin tabeliyində olan özünün işçisi haqqında həqiqətə uyğun olmayan məlumatları saytlarında dərc ediblər. Özü də bunu elə bir başlıqla dərc ediblər ki, xəbər başlığının özü yazılan məlumatların təsir və şantaj olduğunu təsdiq edir. Həmin saytlar haqqında araşdırmalarımızdan sonra ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik. Sifarişli və qərəzli yazı xəbərini dərc edən saytlar və onu sifariş edən şəxs unutmuşdur ki, tabeliyində olan bir işçi onun xəbəri olmadan bir addım belə ata bilməz. Əgər təhsil şöbəsində həmin yazılarda göstərildiyi kimi nöqsanlar varsa, bu o deməkdir ki, təhsil şöbəsinin müdirinin məlumatlı olması mütləqdir və həmin nöqsanlara görə birgə məsuliyyət daşıdığını müdir bəy unutmamalıdır. Təbii Yardımlıda çoxsaylı vətəndaş müraciətləri əsasında başladığımız araşdırmalarda Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə ilə birlikdə hər hansı birinin ciddi nöqsanları aşkar olunarsa qərəzsiz olaraq həmin məlumatlar ictimaiyyətə olduğu kimi çatdırılacaq. Yayımlanan xəbərlərdən sonra əldə etdiyimiz materiallar aidiyyatı dövlət qurumlarına mütləq qaydada tədbir görülməsi üçün təqdim olunacaq. Hazırda isə Yardımlıda araşdırmalarımız davam edir.
Sual oluna bilər ki, sayıtımızda və kanalımızda yayımlanan xəbərlərin Manaf Səmədzadənin təsir kompaniyasının  başlatmasına nə aidiyyatı var?
O halda bu suala aydınlıq gətirməyi özümüzə borc bilirik. Yardımlı Təhsil Şöbəsinin müdiri Manaf Səmədzədənin sifarişlərini həyata keçirən bəzi saytlarda dərc olunan qərəzli yazı xəbərinin ünvanlandığı  təhsil şöbəsində Manaf Səmədzadənin öz işçisi olan həmin şəxs bizim əməkdaşımızın yaxın qohumudur. Məhz bu səbəbdən də, Manaf Səmədzadənin niyyəti,  araşdırmaların qarşısını almaq, yol verdiyi qanun pozuntularını ört-basdır etmək, həmçinin də saytımızda və kanalımızda vətəndaşların müraciətləri əsasında ilkin araşdırmaların nəticəi olaraq yayımlanan xəbərləri sildirmək üçün təhsil şöbəsində şantaja məruz qalan şəxsin kanalımızda çalışan əməkdaşına təsir göstərməkdir.
Çox təssüf ki, ölkəmizdə hələ də heç bir araşdırma aparmadan, qərəzli və nəyinsə müqabilində sifarişli  və təsir tipli yazılar dərc edən saytlar mövcuddur. Lakin həmin saytların rəhbərlərinə bildirmək istəyirik ki, onların əsassız və qərəzli fakta söykənməyən yazılarına qarşılıq, bizim tutarlı və faktlara dayanan sübutlarla cavabımız var.
Bir neçə məsələni diqqətə çatdırmaq istəyirik.
Vətəndaş müraciəti əsasında ilk araşdırmamız, adı var, lakin olmayan məktəblə bağlı olmuşdur. Yardımlı rayon Abasallı kəndində yeləşən həmin olmayan məktəbin olmayan  şagirdləri haqqında hazırladığımız reportajdan da göründü ki, həmin kənddə nəinki şagird, heç sakinlər belə yaşamır. Əldə etdiyimiz məlumtlardan aydın oldu ki, həmin kənddə bir nəfər çoban ailəsindən başqa ümumiyyətlə heç kim yaşamır. Lakin məktəbin mövcud olması, hətta direktorun  və şagirdlərin olması haqqında məlumatlar əldə etdik. Gəlin düşünək, sakinləri olmayan kənddə məktəbin, həmin məktəbin direktor və şagirdlərin olması mümkündürmü? Əgər bu həqiqətdirsə, o halda nə dərəcədə bu qanuna uyğundur?  Bu faktın üzərində çox dayanmaq istəmirik ona görə ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.
Xatırlatmaq istəyirik ki, fəaliyyətimiz başlayan gündən bu günədək, araşdırılmamış heç bir məlumatı nə saytımızda dərc etmədik, nə də kanalımızda yayımlamadıq.
Qeyd edək ki, Yardımlı rayonunda çoxsaylı müraciətlər əsasında apardığımız araşdırmalar davam edir və anonsu gedən xəbərin geniş xüsusi reportajı bu həftə Ümid Tv Azərbaycan kanalında ictimaiyyətə təqdim olunacaq. Onu da qeyd edək ki, şikayətlərdə göstərilən faktlar üzrə müvafiq sorgular hazırlanaraq aidiyyatı üzrə cavab almaq üçün göndəriləcək.
Bir daha bildiririk ki, münasibət bildirməyən Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, məsələ ilə bağlı münasibət bildirmək istəyərsə, münasibətini dərc etməyə hazırıq.
Əminik ki, Təhsil Nazirliyi məsələyə münasibətini bildirəcək.
Davamı var...!




Xəbəri paylaşın




Digər xəbərlər:
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Medianın seçki hazırlığı: Namizədləri gözləyirik
Medianın seçki hazırlığı: Namizədləri gözləyirik
28.12.19, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
92 saylı Zərdab-Ucar seçki dairəsinin seçki məntəqələrində yüksək fəallıq müşahidə olunur
92 saylı Zərdab-Ucar seçki dairəsinin seçki məntəqələrində yüksək fəallıq müşahidə olunur
23.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Lerikində icra başçısı həbs oluna bilər- İddia
Lerikində icra başçısı həbs oluna bilər- İddia
19.12.19, Gündəm
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
Ekspert Tural İsmayılov:Əli Kərimli və ətrafının seçkiləri boykot qərarı onların tək qalmağına səbəb olub
Ekspert Tural İsmayılov:Əli Kərimli və ətrafının seçkiləri boykot qərarı onların tək qalmağına səbəb olub
16.12.19, Siyasət
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
16.12.19, Cəmiyyət