07
sentyabr
2020
12:20
1503


Universal kart

AdRiver


Qusarda bələdiyyə sədrinin şok əməlləri — TƏFƏRRÜAT

Qusar rayonu Əniğ bələdiyyəsinin sədri Elxan Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Qanunla.Az-ın əldə etdiyi məlumata görə, Elxan Qədimov 2014-cü ilin may ayında Qusar rayonu Əniğ bələdiyyəsinin sədri işləyərkən vəzifəli şəxs olmaqla, rayonun Əniğ kənd sakini Rüstəm Yüzbəyovun yaşadığı kənddə faktiki istifadəsində olan 0,30 ha torpaq sahəsində tikdirdiyi evə çıxarış alması məqsədi ilə torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün müraciəti ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə əmlakının rəsmiləşdirilməsi üçün yalandan vəd verib.


O, Əniğ bələdiyyəsinin inzibati binasında Rüstəm Yüzbəyovdan 1200 manat məbləğində pul vəsaitini alıb.


Bundan 2-3 ay sonra torpağın rəsmiləşdirilməsinə dair sənədlərin şəhadətnamə deyil, Kadastr layihəsi formasında verilməli olduğunu bilməsinə baxmayaraq Rastəm Yüzbəyovun 1200 manat məbləğində pulunu ələ keçirib.


İstintaq orqanı tərəfindən Elxan Qədimovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan Qədimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 


O, qeyd edib ki, Qusar rayonu Əniğ kəndində ailəsi ilə birlikdə yaşayır, ailəli olmaqla 3 övladı var: 


“2013-cü ilin aprel ayında Qusar rayonu Əniğ bələdiyyəsinin sədri Nofel Beybutovun səhhətində yaranmış problemlərlə əlaqədar həmin vaxt bələdiyyə sədri səlahiyyətləri müavin olaraq mənə həvalə edildi. Həmin vaxtdan 2014-cü ilin sentyabr ayına qədər Əniğ bələdiyyəsinin sədri vəzifəsində işləmişəm”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar məzuniyyət götürdüyü zaman bələdiyyə sədrinin səlahiyyətləri müvəqqəti olaraq müavini Camal Evladova təhvil verilib: 


“Lakin 2014-cü ilin dekabr ayında bələdiyyə seçkiləri olduğundan yeni bələdiyyə sədri Samirə Rəsulova seçildiyi üçün həmin vaxtdan səlahiyyətlər sonuncuya verildi. Mən isə səhhətim ilə əlaqədar bələdiyyə seçkilərinə öz namizədliyimi vermədim”.


Elxan Qədimov qeyd edib ki, 2014-cü ilin təxminən yay aylarında onun bələdiyyə sədri vəzifəsindən çıxmasına təqribən 4-5 ay qalmış həmkəndlisi Rüstəm Yüzbəyov, onun atası Əniğ bələdiyyəsinin inzibati binasına gələrək qəbulumda oldular. Həmin vaxt Rüstəmin qardaşı Bəxtiyarın orada olub-olmamasını dəqiq xatırlamıram. Rüstəm həmin vaxt Əniğ kəndində yaşadığı evin 0,30 ha torpaq sahəsinin sənədləri olmadığından çıxarış ala bilmədiyini şifahi olaraq bildirdi və öz adına torpağın sənədləşmə işlərinin hazırlanmasında köməklik etməyimi xahiş etdi. 


Həmçinin Rüstəmə köməklik etməyim barədə sonuncunun atası və əmisi də xahiş etdilər. Sonunculara 0,12 ha torpaq sahəsindən artıq satılmasına bələdiyyənin ixtiyarı olmadığını, lakin 0,12 ha torpaq sahəsinin rəsmiləşdirilməsinə köməklik edə biləcəyimi, bunun üçün 620 manat bələdiyyənin hesabına köçürülməsini, eləcə də kadastr və çıxarışın alınmasına isə 230 manat xərcin çıxacağını söylədim. Bu zaman Rüstəmin atası Baloğlan məndən xahiş edərək bildirdi ki, Rüstəm gündəlik içki içəndi, pulu özündə saxla, yoxsa pulu içkiyə xərcləyəcək . Bundan sonra Baloğlan iş otağımda mənə 900 manat pul verdi, torpağın sənədləşmə işlərini başlamasını xahiş etdi. Sonra hər üçü də iş otağımdan çıxdılar”.


Elxan Qədimov qeyd edib ki, təxminən 30-40 dəqiqə sonra Rüstəm özü tək onun iş otağına qayıdıb “Rüstəm mənə “Elxan, mənim üçün 12 sot sərf etmir, buna görə 900 manat pulu mənə qaytar” dedi. Mən də 900 manat pulu Rüstəmə qaytardım. Rüstəm həmçinin məndən pulu qaytarmağım ilə bağlı atasının və əmisinin bilməmələrini xahiş etdi. Rüstəm mənə hər hansı məbləğdə, eləcə də 1200 manat məbləğində pul verməyib. Təxminən 2-3 ay sonra kənddə eşitdim ki, Rüstəm yaşadığı evin torpaq sahəsinə dair öz adına şəhadətnamə düzəltdirib”.


Qusar rayon Məhkəməsinin hökmü ilə Elxan Qədimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti — SİYAHI (FOTOLAR)
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti — SİYAHI (FOTOLAR)
12.07.20, Cəmiyyət
Daxili İşlər Nazirliyinin “vəzifəli” əməkdaşının şok əməlləri — Cinayətin detalları
Daxili İşlər Nazirliyinin “vəzifəli” əməkdaşının şok əməlləri — Cinayətin detalları
01.07.20, Kriminal
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
13.05.20, Hadisə
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət