12
sentyabr
2020
13:51
1683


Universal kart

AdRiver


DİN-dən paytaxtda baş verən ağır qəzalarla bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Qanunla.Az xəbər verir ki, sentyabrın 11-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Şərur rayon sakini R.Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini V.Muradova məxsus “Mercedes” markalı yük avtomobilinə vurub.
Nəticədə R.Məmmədovun sərnişini, Tovuz rayon sakini Eyvaz Abdullayev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Həmin gün saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini O.Həsənov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 30-35 yaşlarında kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bakıda azyaşlıya təcavüz edib 12 il həbs yatan məhkumdan iş adamına qarşı DƏHŞƏTLİ ƏMƏL
Bakıda azyaşlıya təcavüz edib 12 il həbs yatan məhkumdan iş adamına qarşı DƏHŞƏTLİ ƏMƏL
08.09.20, Kriminal
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti — SİYAHI (FOTOLAR)
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti — SİYAHI (FOTOLAR)
12.07.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev yeni piyada keçidinin açılışında - Foto
İlham Əliyev yeni piyada keçidinin açılışında - Foto
03.04.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
“Çünki mən sizə irad tutmuşam” - Prezident
“Çünki mən sizə irad tutmuşam” - Prezident
26.12.19, Siyasət