15
sentyabr
2020
12:38
11 142


Universal kart

AdRiver


Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu

Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana olub.

Bunu "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. Sədr məktəblinin oğlu olduğunu deyib:
 
"Məktəbli artıq anadır. Uşağın çəkisi 4 kiloqramdan çox olub. Ana özünü yaxşı hiss edir. Doğuşu da əməliyyatsız həyata keçirilib”.

Qeyd edək ki, Şirvan Apelyasiya Məhkəməsi azyaşlı qızın hamilə qalmasına səbəb olan  müəllimlə bağlı çıxarılmış hökmü ləğv edib.

Xatırladaq ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi açılıb.

Aparılan istintaqdan sonra 15 yaşlı şagirdi hamilə buraxan müəllimə hökm oxunub. Lerik rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrlik etdiyi prosesdə 15 yaşlı məktəblini hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahətə 1 il iş verilib.(qaynarinfo.az)

Xəbəri paylaşın




Digər xəbərlər:
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Kəndə apardıqları qızı yolda zorlamaq istədilər — Azərbaycanda ŞOK ƏMƏL
Kəndə apardıqları qızı yolda zorlamaq istədilər — Azərbaycanda ŞOK ƏMƏL
01.09.20, Kriminal
SON DƏQİQƏ! Milli Məclisə basqın edən dəstənin daha üç üzvü tutuldu (ÖZƏL)
SON DƏQİQƏ! Milli Məclisə basqın edən dəstənin daha üç üzvü tutuldu (ÖZƏL)
10.08.20, Hadisə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət