15
dekabr
2019
17:33
1470


Universal kart

AdRiver


Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - FOTO

Azərbaycanlı bəstəkar və musiqi prodüseri İsa Məlikov Ukraynada avtomobil qəzasına düşüb.
Qanunla.az-ın  məlumatına görə, hadisə dekabrın 11-də Kiyev-Odessa yolunun Krasnopilka kəndi ərazisinin yaxınlığında baş verib. 
Belə ki, İsa Məlikov və onun yol yoldaşı, “Studiya Kvartal 95” layihəsinin müəllifi Aleksandr Şurun əyləşdikləri mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb. 
Hadisə nəticəsində xəsarət alanların hamısı hadisə şahidləri tərəfindən şəxsi avtomobillərdə Uman Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onlar müalicələrini Kiyevdə davam etdirilər. 

İnsident barədə sosial şəbəkə hesabında yazan İ. Məlikov bunları qeyd edib: 
“Bu, çox qorxuludur. Çox. Və ümumiyyətlə, bu hadisədən sonra mən həyata başqa cür baxacağam. Həyat çox zərif və qeyri-stabil şeydir. Özünüzü və doğmalarınızı qoruyun. Çox xahiş edirəm...”. 
“Dostlar, təhlükəsizlik kəmərinizi bağlayın! Həmişə, istisnasız. Hətta 50 metr getməli olsanız belə”, - Məlikov əlavə edib.    
Qeyd edək ki, İ. Məlikov bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Onun mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Elnarə Xəlilova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər. 

Xəbəri paylaşın




Digər xəbərlər:
SON DƏQİQƏ: Zəvvarların olduğu avtobus qəzaya düşdü - 14 ölü var
SON DƏQİQƏ: Zəvvarların olduğu avtobus qəzaya düşdü - 14 ölü var
15.12.19, Dünya
Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto
Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto
15.12.19, Cəmiyyət
Lalə Məmmədova keçmiş əri haqda elə sözlər dedi ki… - "Arxamda güclü kişi var…"
Lalə Məmmədova keçmiş əri haqda elə sözlər dedi ki… - "Arxamda güclü kişi var…"
14.12.19, Şou
Polis 31 şübhəlini SAXLADI
Polis 31 şübhəlini SAXLADI
14.12.19, Hadisə
AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB
AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB
13.12.19, Hadisə
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət
Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var
Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var
13.12.19, Cəmiyyət
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
12.12.19, Gündəm
Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs tutuldu
Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs tutuldu
12.12.19, Hadisə
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
12.12.19, Cəmiyyət