27
iyun
2020
13:30
1 312


Universal kart

AdRiver


Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

"Musa Qurbanlı potensiallı futbolçudur. Onun "Qarabağ"a gəlişi mənim inadımla olub. Qurban Qurbanov buna qarşı idi, onun "Neftçi"də qalmasını istəyirdi. Mən isə klubda U-19 komandasının baş məşqçisi idim. Musanı çoxdan tanıyıram və futbolunu izləyirəm. Çox istəyirdim ki, mənim komandamda olsun. Elə oldu ki, biz Musanı transfer etdik".
Sportnet.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib. Sadıqov bu keçidə problem yaratmayan "Neftçi" rəhbərliyinə təşəkkürünü bildirib: "Sağ olsunlar, güzəştə getdilər. Heç bir qarşılıqsız Musaya icazə verdilər ki, bizə keçsin. Təbii ki, burada Qurban Qurbanov faktoru var idi, ona olan hörmətdən anlaşma baş tutdu". 
Sadıqovun sözlərinə görə, Qurbanlının Ağdam təmsilçisinin əsas heyətində oynaması çox tezdir: "Musa bir-iki il U-19-da mənim rəhbərliyim altımda idi. Musanın potensialına çox inanıram və güvənirəm. Yavaş-yavaş addım olmalıdır, Musanın "Qarabağ"da bir nömrəli forvard olması çox tezdir. Gənclərin tələsdirilməməsinin tərəfdarı olmuşam. Mən özüm də bu yoldan keçmişəm. Birinci bir il "Turan"da oynadım, sonra "Neftçi"də və millidə mənə güvəniblər. Hamısı pillə-pillə, yavaş-yavaş olub".
Keçmiş kapitanın fikrincə, hücumçu mövqeyi xüsusən gənc oyunçular üçün ən çətin mövqedir: "Müdafiəçinin yanında kimsə olur və onu sığortalıya bilir, işi çox olmur. Mərkəz hücumçusundan isə "Qarabağ" kimi komandada daim nəticə gözlənilir. Musanın məsələsi həssasdır, tələsmək olmaz, hətta xarici klublardan da təklifləri olub. Biz tələsmirik, bütün gənclər kimi onun da üzərində işləyirik. Sakit formada lazım olan anda Musa rəqabətə tab gətirər. Bacararsa, meydanda şans qazanmağa başlayacaq. Bu, Qurban müəllimin fikridir".

Xəbəri paylaşın




Digər xəbərlər:
"Qarabağ" "Neftçi"ni keçə bilmədi
"Qarabağ" "Neftçi"ni keçə bilmədi
19.06.20, İdman
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
10.06.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
İngiltərə millisinin dünya çempionu olan qapıçısı öldü
İngiltərə millisinin dünya çempionu olan qapıçısı öldü
12.04.20, İdman
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
09.03.20, Şou
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Futbolumuzun Canlı Əfsanəsi Elbrus Abbasovun 70 Yaşı Tamam Olur
Futbolumuzun Canlı Əfsanəsi Elbrus Abbasovun 70 Yaşı Tamam Olur
01.01.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət