14
iyun
2020
13:50
218


Universal kart

AdRiver


Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. 
Qanunla.Az xəbər verir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib. 
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.
“AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək. 
Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: 
16 iyun 2020-ci ildən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi; 
15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.
Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.   
Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından əldə edə bilərlər.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 
Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet saytından əldə edə bilərlər. 
Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Ləğv prosesində olan “AG BANK” ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsi
 

“AG BANK”

        “Azərbaycan Beynəlxalq Bankı”

Sıra №

“AG Bank” ASC-nin  filialları

Filialların ünvanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları

Filialların ünvanı və əlaqə nömrəsi

Bakı şəhəri üzrə

  1VİP filialıİçəri Şəhər, Qüllə küç., 16MXD (Baş ofis)
 
Nizami küç.,  67
  3Baş ofisC. Məmmədquluzadə küç., 102AXətai filialıNobel pr., 23
  4Sahil filialıAzadlıq pr., 64Abşeron filialıİzmir küç., 1033
  6Nəsimi filialıS. Vurğun küç., 116Nəqliyyat filialı
 
S.Rəhimov küç., 38
  7Elmlər filialıİ.Qutqaşınlı küç., 89Yasamal filialıİnşaatçılar pr., 44, 533-cü məhəllə
  8Kaspian filialıCəfər Cabbarlı küç., 44Bakıxanov şöbəsiMəmmədcəfər Cəfərov küç., 28
  9Nərimanov filialıKoroğlu Rəhimov küç., 3ANərimanov filialıAkademik Həsən Əliyev küç., 94
10Qaradağ filialıSalyan şosesi, “Şelflayihətikinti” İB-nin ərazisiQaradağ filialıNeftçi Qurban Abbasov küç., 29
11Uğur filialıLökbatan qəs., "Yeni Bazar" ticarət kompleksinin ərazisiMətbuat şöbəsiMətbuat pr., 23M
12Mərkəz filialıƏziz Əliyev küç., 9 
 
 
 
Səbail filialı
 
 
 
 
210-cu məhəllə, Lev Tolstoy küç., 191
13Xətai filialıYusif Səfərov küç., 23a
14Yasamal filialıƏ. Haqverdiyev küç., 574-cü məhəllə, 5 saylı bina
15Çıraq şöbəsiƏ. Cəlilov küçəsi 14/1

Regionlar üzrə

16Ağdaş filialıAğdaş ş.,
Heydər Əliyev pr., 103
Ağdaş filialıAğdaş ş.,
Heydər Əliyev pr., 103
17Sumqayıt filialıSumqayıt ş.,
Sülh küç., 30c-u kvartal.
Sumqayıt filialıSumqаyıt ş.,
S. Vurğun küç., 112/14
18Gəncə filialıGəncə ş.,
Heydər Əliyev pr., 125
Gəncə filialıGəncə ş.,
Heydər Əliyev pr., 696
19Salyan filialıSalyan ş.,
T. Xəlilbəyli küç., 77
Salyan şöbəsiSalyan ş.,
Heydər Əliyev küç., 103
20Yevlax filialıYevlax ş.,
Heydər Əliyev pr., 28
Yevlax filialıYevlax ş.,
Heydər Əliyev pr., 27
21Şamaxı filialıŞamaxı ş.,
Şirvani küç., 67
Şamaxı filialıŞamaxı ş.,
M. Ə. Rəsulzadə küç., 85
Ləğv prosesində olan “NBC BANK” ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsi
 
 

“NBC BANK”

       “Azərbaycan Beynəlxalq Bankı”

Sıra №

“NBC Bank” ASC-nin  filialları

Filialların ünvanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları

Filialların ünvanı və əlaqə nömrəsi

BAKI ŞƏHƏRİ ÜZRƏ

  1Sahil filialıNizami küç., ev 68MXD (Baş ofis)
 
Nizami küç.,  67
  2Nəsimi filialıAzadlıq pr., 81Nəsimi filialı28 may küçəsi, 21A
  3Mərkəz filialıŞ. Mustafayev küç., 27/121Nəqliyyat filialı
 
S.Rəhimov küç., 38
  41 saylı filialFüzuli küçəsi, 73Bakıxanov şöbəsiMəmmədcəfər Cəfərov küç., 28
  5Gənclik filialıF.X.Xoyski küçəsi, 104ANərimanov filialıAkademik Həsən Əliyev küç., 94
  6Yasamal filialıH.Cavid pr., 30, 558-ci məhəlləQaradağ filialıNeftçi Qurban Abbasov küç., 29
  7Baş ofisMüzəffər Nərimanov küç., məhəllə 2054 
 
 
Sənaye filialı
 
 
 
Babək pr., 1145-ci məhəllə
  8Babək filialıBabək pr., 2199-cu məhəllə
  9Əhmədli filialıMəhəmməd Hadı küç., 41

Regionlar üzrə

10Sumqayıt filialıSumqayıt ş., 3-cü mkr.,
Heydər Əliyev pr., 22/54
Sumqayıt filialıSumqаyıt ş.,
S. Vurğun küç., 112/14
11Gəncə filialıGəncə ş., Heydər Əliyev pr. 505Gəncə filialıGəncə ş.,
Heydər Əliyev pr., 696
12Lənkəran filialıLənkəran ş.,
Mir-Mustafaxan küç., ev 30
Lənkəran filialıLənkəran ş.,
Ş. Axundov küç., 16
13Şəki filialıŞəki ş.,
M.Ə.Rəsulzadə pr., 180
Şəki filialıŞəki ş.,
Heydər Əliyev küç., 61 A

Xəbəri paylaşın




Digər xəbərlər:
“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyaların hansı bankdan veriləcəyi məlum oldu
“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyaların hansı bankdan veriləcəyi məlum oldu
05.06.20, İqtisadiyyat
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Ata Bank və Amrah Bankın əmanətçilərinə kompensasiyalar bu filiallarda ödəniləcək - SİYAHI
Ata Bank və Amrah Bankın əmanətçilərinə kompensasiyalar bu filiallarda ödəniləcək - SİYAHI
30.05.20, İqtisadiyyat
Əmanətçi kompensasiya almaq üçün nə etməlidir? – SUALLARA CAVABLAR
Əmanətçi kompensasiya almaq üçün nə etməlidir? – SUALLARA CAVABLAR
14.05.20, İqtisadiyyat
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
12.05.20, İqtisadiyyat
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Əli Əsədov nazirləri topladı - MÜHÜM MÜŞAVİRƏ
Əli Əsədov nazirləri topladı - MÜHÜM MÜŞAVİRƏ
24.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət