25
iyun
2020
14:40
1 171


Universal kart

AdRiver


Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsini SOCAR-a təhvil verib

Azərbaycanda quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın "Zenith Energy" şirkəti tərəfindən Müqavilə Reabilitasiya Sahəsinin (MRS) SOCAR-a təhvil verilməsi prosesi başa çatdırılıb.
"Zenith Energy"dən Qanunla.Az-a verilən məlumata görə, təhvilvermə nəticəsində "Zenith Energy" Azərbaycanda bütün neft istehsalı əməliyyatlarını dayandırıb və bütün sahə istehsal heyəti (170-ə yaxın işçi) SOCAR-ın tabeçiliyinə keçirilib.
Qeyd edək ki, bundan sonra "Zenit"in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.
Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 barel təşkil edir.
Xatırladaq ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd." şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub.

Xəbəri paylaşın




Digər xəbərlər:
Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
10.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
Azərbaycanda 2020-ci il üçün neft hasilatı ilə bağlı - ABŞ-ın proqnozu
Azərbaycanda 2020-ci il üçün neft hasilatı ilə bağlı - ABŞ-ın proqnozu
15.12.19, İqtisadiyyat