22
sentyabr
2020
14:14
1183


Universal kart

AdRiver


Творческий конкурс Адели

Azərbaycan Türkiyəyə qaz ixracını 25 faiz artırıb

Azərbaycanda 2020-ci ilin yanvar-avqust ayları ərzində 25,1 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çoxdur.
Qaz hasilatının 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarında (AÇG), 12,3 milyard kubmetri isə “Şahdəniz” yatağından əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.
Eyni zamanda, cari ilin 8 ayı ərzində qaz ixracı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Bu ilin yanvar-avqust aylarında Türkiyəyə 7,2 milyard kubmetr qaz (artım 25,3 faiz) ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP qaz kəməri ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
Ümumiyyətlə TANAP kəməri istifadəyə veriləndən (2018-ci ilin iyun ayının 30-dan) 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib.
Energetika Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ümumi hasilatın 16 milyon tonu “Azəri -Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.
Bu ilin ilk səkkiz ayında 19,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. 
Onu da qeyd edək ki, ölkədə neft emalı isə 2020-ci ilin 8 ayı ərzində 4 milyon ton təşkil edib. 
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə 545,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 544,9 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə 129,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixrac edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Cari ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub.
Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.
Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Onu da qeyd edək ki, ölkədə neft emalı isə 2020-ci ilin 8 ayı ərzində 4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub.

Xəbəri paylaşın




Digər xəbərlər:
Neft Fondu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqladı
Neft Fondu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqladı
02.09.20, İqtisadiyyat
Prezident elan etdi: TAP artıq başa çatmaq üzrədir
Prezident elan etdi: TAP artıq başa çatmaq üzrədir
10.08.20, Siyasət
İş yerlərinin “ağardılması” prosesi sosial daxilolmaların artımına səbəb olub - RƏSMİ
İş yerlərinin “ağardılması” prosesi sosial daxilolmaların artımına səbəb olub - RƏSMİ
28.07.20, İqtisadiyyat
ARDNF-in aktivləri 43 mlrd. dolları ötüb
ARDNF-in aktivləri 43 mlrd. dolları ötüb
17.07.20, İqtisadiyyat
Azərbaycan Türkiyənin təbii qaz aldığı ölkələr sırasında birincidir
Azərbaycan Türkiyənin təbii qaz aldığı ölkələr sırasında birincidir
30.05.20, İqtisadiyyat
Azərbaycanın qaz nəqlində daha bir böyük hadisə
Azərbaycanın qaz nəqlində daha bir böyük hadisə
22.05.20, İqtisadiyyat
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
18.05.20, İqtisadiyyat
TAP layihəsinin 95,1 faizi tamamlanıb
TAP layihəsinin 95,1 faizi tamamlanıb
14.05.20, İqtisadiyyat
Azərbaycan 527 milyon ton neft ixrac edib - Hesabat
Azərbaycan 527 milyon ton neft ixrac edib - Hesabat
15.04.20, İqtisadiyyat
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm