02
oktyabr
2020
17:21
1216


Universal kart

AdRiver


Ermənistanın iqtisadi vəziyyəti müharibəni davam etdirməyə imkan verməyəcək

Statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla müharibəni uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını deməyə əsas verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qanunla.Az-a verilən məlumata əsasən, Ermənistanın iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmaya (13,7 faiz) məruz qalıb.
2020-ci ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalıb. Cari ilin iyul ayının göstəricilərinə əsasən ticarət balansında 1 milyard ABŞ dolları həcmində kəsir mövcuddur.
Fiskal büdcə defisiti isə ÜDM-in 5 faizi civarındadır. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə 10 faiz azalıb. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyi və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyi proqnozlaşdırılır.  
Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dollardır. Artıq cəmi dörd gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb. 
Həmçinin, Ermənistanın 6 milyard 48 milyon ABŞ dolları həcmində xarici borcu mövcuddur. Ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda ölkənin getdikcə borc bataqlığına düşəcəyi gözlənilir. Ermənistan hökumətinin rəsmi proqnozlarında isə 2025-ci ilədək ölkənin borc bataqlığından çıxa bilməyəcəyi və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılıb.
Ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon ABŞ dolları təşkil edir. Hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşüb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib
Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib
02.10.20, Cəmiyyət
Azərbaycan Türkiyəyə qaz ixracını 25 faiz artırıb
Azərbaycan Türkiyəyə qaz ixracını 25 faiz artırıb
22.09.20, İqtisadiyyat
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
ARDNF-in aktivləri 43 mlrd. dolları ötüb
ARDNF-in aktivləri 43 mlrd. dolları ötüb
17.07.20, İqtisadiyyat
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi
19.06.20, Hüquq
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
18.05.20, İqtisadiyyat
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində - YENİLƏNİB+FOTO
İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində - YENİLƏNİB+FOTO
27.12.19, Siyasət