16
noyabr
2020
13:45
1203


Universal kart

AdRiver


Azərbaycanda ixrac malları ƏDV-dən azad edildi

Nazirlər Kabinetinin 448 № li Qərarı ilə "Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi.

Qanunla.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

“Malların ixrac qeydi ilə satışı Qaydası”na əsasən:

ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;

ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;

malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;

ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.
 
Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər.

“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur.

İstehsalçı ixrac üçün nəzərdə tutual məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Xəbəri paylaşın




Digər xəbərlər:
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev 2 fərman imzaladı
21.03.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət