15
fevral
2021
11:04
1574


Universal kart

AdRiver


Творческий конкурс Адели

Yeni bir dövrə daxil oluruq - Nazir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) virtual missiyası ilə görüşüb.
Nazirlikdən Qanunla.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meylləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVİD-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi priroritetlərini qeyd edib. Bildirilib ki, dövlət başçısının Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaqdır.
M.Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması və onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Natalia Tamirisa Fondun mütəxəssisləri tərəfindən fevral ayında keçirilmiş virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.
Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar və təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və s. barədə müzakirələr aparıblar.

Xəbəri paylaşın




Digər xəbərlər:
Anar Məmmədov: Milli Prioritetlərin müəyyən edilməsi günün tələbi idi
Anar Məmmədov: Milli Prioritetlərin müəyyən edilməsi günün tələbi idi
08.02.21, Siyasət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Mikayıl Cabbarovun gənclərlə görüşü keçirildi - FOTO
Mikayıl Cabbarovun gənclərlə görüşü keçirildi - FOTO
02.09.20, Cəmiyyət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır - Nazir
Dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır - Nazir
25.03.20, Gündəm
Neftin qiyməti ucuzlaşır: Baş nazir rəhbər şəxsləri topladı
Neftin qiyməti ucuzlaşır: Baş nazir rəhbər şəxsləri topladı
10.03.20, İqtisadiyyat
Azərbaycan-Türkiyə sənədləri imzalandı - YENİLƏNİB+FOTO
Azərbaycan-Türkiyə sənədləri imzalandı - YENİLƏNİB+FOTO
25.02.20, Siyasət