06
may
2020
11:02
1 651


Universal kart

AdRiver


İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat

Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Zeynəb Quliyeva və 1985-ci il təvəllüdlü Mehman Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, Zeynəb Quliyeva bundan əvvəl Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək),144-1.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham olunub və məhkəmənin hökmü ilə məhkum olunub.

Zeynəb Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2013-cü il tarixli hökmü ilə 7 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. O, həbsxanada olduğu müddətdə törətdiyi cinayətin üstü açılıb.

Qurulan dələduzluq planı

İstintaq sənədlərinə görə, qadınları Azərbaycan hüdudlarından kənara aparmaqla insan alveri cinayətinə görə, məhkum edilməmişdən əvvəl Zeynəb Quliyeva tanışı Mehman Novruzov ilə cinayət əlaqəsinə girib, vətəndaşın əmlakını dələduzluq yolu ilə ələ keçirmək barədə plan qurublar.

Belə ki, Mehman Novruzov tanıdığı Famil Ağalının “Ləman” adlı qadınla əvvəllər yaxın münasibətdə olması və həmin qadına ehtiyacı olduğu halda, maddi yardım göstərməsi barədə məlumatı olub.

Mehman Novruzov Famil Ağalıdan aldatma yolu ilıə pul almaqdan ötrü Zeynəb Quliyeva ilə aralarında əvvəlcədən razılığa gəliblər.

SMS göndərdi, özünü “Ləman” kimi təqdim etdi

Əldə etdikləri razılığa əsasən Zeynəb Quliyeva Famil Ağalının istifadəsində olan mobil telefonuna zənglər edib və SMS-lər göndərərək özünü “Ləman” kimi təqdim edib.

O, xəstəxanada olması, müalicə üçün həkimə verməkdən ötrü pul lazım olması, habelə bir nəfər qadından borc kimi götürdüyü pulun müqabilində girov kimi qoyduğu qızıl-zinət əşyalarının girovluqdan çıxarılması üçün həmin qadına 1200 manat pul verilməli olması, pul ödənildikdən sonra qızılların ona göndəriləcəyi barədə yalan məlumatlar verib.

Azyaşlılar necə cinayətə cəlb edilib?

Zeynəb Quliyeva aldatma yolu ilə Famil Ağalıdan Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən poliklinikanın həyətində öz qızı, Nigarın vasitəsi ilə 400 manat, iki gün sonra istintaqa məlum olmayan azyaşlı uşağın vasitəsi ilə 100 manat pulunu alıb.

Aralarında olan plana uyğun olaraq bazardan aldıqları bijuteriyaları “Ləman”ın qızılları kimi təqdim etməklə Sovetnaz Quliyevanın vasitəsi Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin qarşısında Famil Ağalıya verilər.

Bu hərəkətləri ilə Mehman Novruzov və Zeynəb Quliyeva Famil Ağalıya qarşı ümumilikdə 1700 manat məbləğində ziyan vurmaqla dələduzluq ediblər.

Bu dəfə dələduzluğa tək getdi

Bundan başqa, Mehman Novruzov təkrarən, özgə əmlakını ələ keçirmə məqsədilə tanışı Famil Ağalıya özünə məxsus olan torpaq sahəsinə dair sənədləri hazırlamaq və avtomobilini təmir etdirib, avtomobili və torpaq sahəsini sataraq əvvəllər aldığı pulları qaytaracağına söz verib.

O, aldatma yolu ilə 2016-cı ilin fevral ayında Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Sumqayıt Dövlət DramTeatrının inzibati binasında 500 manat, 2017-ci ilin aprel ayında Sumqayıt Dövlət Dram Teatrının qarşısında 350 manat alıb.

İnsan alverçisi olan qadının dələduzluq əməlinin üstü necə açılıb?

Mehman Novruzov vədinə əməl etməyərək, Famil Ağalını aldadıb. Aldadıldığını başa düşən Famil Ağalı hüquq-mühafizə orqanlarına müraciət edib.

Müraciət əsasında Mehman Novruzov həbs edilib. O, həbs ediləndən sonra Pentensiar Xidmətin 4 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Zeynəb Quliyeva ilə birlikdə də Famil Ağalıya qarşı dələduzluq etməsini etiraf edib.

Bundan sonra Zeynəb Quliyeva saxlandığı cəza çəkmə müəssisəsindən istintaq təcridxanasına “etap” olunub və dələduzluq cinayəti üzrə də istintaq hərəkətləri aparılıb.  

Dələduzluq ittihamı və cəza

İstintaq orqanı tərəfindən Zeynəb Quliyeva və Mehman Novruzovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Zeynəb Quliyeva dələduzluq etdiyi ittihama görə təqsirli bilinib və ona 2 il cəza təyin edilib. Onun əvvəlki cəzası ilə hazırda təyin olunan cəzası birləşdirilib və barəsində qəti olaraq 8 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Bundan başqa, məhkəmə digər təqsirləndirilən Mehman Novruzovun barəsində 3 min manat miqdarında cərimə cəzası təyin edib.

Zərərçəkmişdən narazılıq

Hökmdən narazı qalan Famil Ağalı apelyasiya şikayəti verib. O, təqsirləndirilən Mehman Tağıyevə aid hissədə hökmün dəyişdirilməsini, onun cəzasını azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasını istəyib.

Zərərçəkmiş Famil Ağalı şikayətini onunla əsaslandırıb ki, məhkəmənin hökmünü Mehman Novruzova aid hissədə cəzanın yüngül olmasını qanunsuz, ədalətsiz və əsassız hesab edib. O, təqsirləndirilən şəxslə barışmayıb, onu bağışlamayıb, ondan şikayətçidir.

Belə ki, ona ödənilməli olan 4300 manat məbləğində pul ona ödənilməyib. Onun cəzasını yüngülləşdirən heç bir hal yoxdur. Ona qarşı həddən artıq yüngül cəza təyin olunub.

Yekun qərar

Zərərçəkmiş Famil Ağalının şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda zərərçəkmşin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, zərərçəkmiş Famil Ağalının təqsirləndirilən Mehman Novruzovun həbs edilməsi barədə verdiyi şikayət təmin edilməyib. Sumqayıt şəhər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
28.04.20, Gündəm
Bakıda dəhşətli cinayət törədənin əmisi oğlu həbsxanada qaydaları POZDU
Bakıda dəhşətli cinayət törədənin əmisi oğlu həbsxanada qaydaları POZDU
27.04.20, Kriminal
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Azərbaycanda “cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə ağır cəza verildi
Azərbaycanda “cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə ağır cəza verildi
07.02.20, Hadisə
Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var
Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var
24.01.20, Kriminal
Ər hamilə arvadına 8 bıçaq zərbəsi vurdu, bətnindəki uşaq öldü — Abşeronda QANLI CİNAYƏT
Ər hamilə arvadına 8 bıçaq zərbəsi vurdu, bətnindəki uşaq öldü — Abşeronda QANLI CİNAYƏT
09.01.20, Kriminal
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət