06
iyun
2020
12:18
12 590


Universal kart

AdRiver


Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat

Qazax rayonun Cəfərli kəndində yaşayan 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanova baltalanaraq öldürülüb.

Hadisəni baltalanaraq qətlə yetirilən ər-arvad Nəriman Osmanovun və Dünya Bakıxanovanın kürəkəni, 1967-ci il təvəllüdlü Elşən Musayev törədib. Elşən Musayevə bu qətli töətməkdə isə baldızının oğlu, mərhum Nəriman osmanovun nəvəsi, 1995-ci il təvəllüdlü Ruslan Həsənov köməklik edib.

Rayonun Ağköynək kənd sakini Elşən Musayev ağır işgəncələrlə qətlə yetirilən Nəriman Osmanovun birinci evliliyindən olan qızı Səbinə Musayevanın həyat yoldaşıdır.

Demokrat.az bu dəhşətli qətl hadisənin istintaq sənədlərini əldə edib. Həmin cinayət işini ixtasarla təqdim edirik.

İstintaq sənədlərinə görə, Elşən Musayevin qaynı Əkbər Osmanov 6 mart 2016-cı il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib. Sonuncu martın 8-də, gecə saatlarında Elşən Musaeyvin qonağı olub.

Tamah cinayətə səbəb oldu

Bu zaman Əkbər Osmanov növbəti gün, yəni martın 9-da Qazax rayonu, Cəfərli kəndində yaşayan atası 1939-cu il təvəllüdlü Nəriman Osmanov və analığı 1941-ci il təvəllüdlü Dünya Bakıxanova ilə görüşmək üçün həmin kəndə gedəcəyini onun yanında bildirib.

Elşən Musayev Əkbər Osmanovun valideyinlərinə baş çəkməklə xərclik pulu verəcəyini, eləcə də sonuncuların hər ikisinin pensiya almaqla xeyli miqdarda pul topladıqlarına əmin olub. O, Nəriman Osmanovun yaşadığı evə gizli daxil olub,  həmin pulları oğurlamaq məqsədi ilə Qazax rayonu, Ağköynək kənd sakini, 1995-ci il təvəllüdlü Ruslan Həsənov ilə qabaqcadan əlbir olan bir qrup təşkil edib.

Su kanalının yanında qətl planı

Onlar Qazax rayonu, Qarapapaq kəndində yerləşən evdən oğurluq etmək brədə ümumi razılığa gəliblər. Onlar martın 12-dən 13-nə keçən gecə, təxminən saat 23-24 radələrində evinin yaxınlığındakı su kanalının kənarında görüşmək və birlikdə Qazax rayonu, Cəfərli kəndinə getmək barədə qərar veriblər.

Həmin tarixdə, gecə təxminən saat 22 radələrində Elşən Musayev Ruslan Həsənovun yanına, razılaşdırılan yerə gələrək sonuncu ilə birlikdə qabaqcadan əlbir olan qrup halında onun tərəfindən Cəfərli kəndinə getmək üçün əvvəlcədən sifariş edilərək vaxtı və yeri barədə məlumatlandırılmış və Qazax rayonu, Qarapapaq kəndində yerləşən qəbirstanlığın yaxınlığında onları gözləyən taksi kimi fəaliyyət göstərən avtomaşın vasitəsi ilə Cəfərli kəndinə gedərək kəndin avtobus dayanacağında düşüblər.

Evə basqın

Daha sonra onlar Nəriman Osmanovun yaşadığı Cəfərli kəndindəki evin yerləşdiyi küçəyə gediblər. Evdə olacaq şəxslərin oyanaraq elektrik lampasını yandıraraq onları görməməsi məqsədi ilə Ruslan Həsənov onun göstərişi ilə evin arxa tərəfinə qaçaraq sayğacdan elektrik açarını ayırmaqla evə verilən elektrik enerjisini kəsib, yenidən onun yanına gəlib. Onlar birlikdə həyətdəki yardımçı tikilininörtülü, lakin kilidi açıq olan qapısını açaraq içəri daxil olublar.

Elşən Musayev əvvəlcədən əldə etdikləri razılığa əsasən tanınmamaları və törətdikləri cinayət zamanı iz qoymamaq üçün yardımçı tikilidən götürdüyü bir cüt qaloşu ayağına, üzərindəki əlcəkləri isə əlinə geyinərək Ruslan Həsənovun pəncərənin qarşısından götürüb, ona verdiyi baltanı əlinə götürüb. Sonuncu isə yardımçı tikilidən götürdüyü çəkmə içliyini ayağına, üzərindəki əlcəkləri isə əlinə geyinərək, eləcə də ağ rəngli parçadan baş örtüyü kimi istifadə etməklə Elşən Musayevlə eyvanın həyət istiqamətdə sol tərəfinə gediblər.

Elşən Musayev ətrafa nəzər salmaqla, kənar şəxslərin gələcəyi halda qrupun digər üzvünü məlumatlandırmaq üçün evin qarşısında, həyətdə gözləməklə müşahidə aparıb, Ruslan Həsənov isə eyvana qanunsuz daxil olub və Nəriman Osmanovun yatdığı otağın deyil, eyvana açılan digər otağın qapısının tutacağını dəfələrlə müxtəlif istiqamətdə hərəkət etdirib, Nəriman Osmanov və Dünya Bakıxanovanın yuxudan oyanması üçün taqqıltı edib.

Ər-arvadı öldürmək barədə razılıq

Sonuncular taqqıltı səsinə yuxudan oyanıb və çölə çıxan zaman isə onlar qaçaraq yardımçı damın arxasına gizləniblər. Dünya Bakıxanova elektrik sayğacına yaxınlaşaraq elektrik açarını açmaq istəsə də, işıqları yandıra bilmədiyi üçün Nəriman Osmanovla birlikdə yaşayış otağına gediblər, yatdıqdan sonra onlar yenidən eyvana gələrək otağa daxil olmaq üçün plan hazırlayıblar.

Ruslan Həsənov evə daxil ola bilmədikləri üçün getmək barədə Elşən Musayevə təklif edib. O, maşına pul verdiklərini əsas gətirib, Nəriman Osmanov və Dünya Bakıxanovanın yatdıqları otağın giriş qapısını döyməyi tapşırıb.

Dəhşətli qətl

Ruslan Həsənov otağın giriş qapısının tutacağını aşağı yuxarı edib, evə kənar şəxslərin girmək istəməsi görüntüsünü yaratmaqla, taqqıltı səsinə Nəriman Osmanovun yuxudan oyanıb, arvadı Dünya Bakıxanovaya evə kiminsə girməsi barədə deməsinə səbəb olduqdan sonra onlar birlikdə zor tətbiq etməkl əotağın giriş qapısının pəncərəsini qırıb qapını açmaq barədə ümumi qərara gəliblər.

Bu məqsədlə Elşən Musayev əvvəlcədən razılaşdıqları plana uyğun olaraq bir-biri ilə hərəkətlərini uzlaşdırıb, qapının önündə, Ruslan Həsənov isə qapının eyvan istiqamətində sol tərəfində dayanıb. O, qapının tutacağına yaxın hissədə yerləşən pəncərənin bir tayının şüşəsini vuraraq qırıb. Ruslan Həsənov isə dərhal həmin qırılmış hissədən sol əlini içəri salıb, qapının kilidi üzərində olan açarla qapını açıb, onun içəri daxil olmasına şərait yaradıb.

Elşən Musayev otağa daxil olduqdan dərhal sonra əlindəki balta ilə ona tərəf gələn Dünya Bakıxanovaya zərbə vurub.

Nənə nəvəsini necə tanıdı?

Daha sonra Nəriman Osmanovun müdafiə məqsədi ilə otaqda saxladığı baltanı götürüb və ona tərəf gəldiyini gördüyü üçün sonuncunun üzərinə gedib, yerə yıxaraq müqavimətini qırıb, öldürmək istəyib.

Həmin vaxt eyvanda dayanaraq qapıdan boylanan Ruslan Həsənov Elşən Musayevə qaçmağı təklif edib. Bunu Nəriman Osmanov eşidib və “Ay Ruslan, ay Ruslan!” çağırıb.

Bu zaman Elşən Musayev Ruslan Həsənova “Ayə səni tanıdı, arvadın səsini kəs” deyib. Ruslan Həsənov dərhal içəri daxil olub və həmin vaxt xırıldayan Dünya Bakıxanovanın qəsdən öldürülməsini tezləşdirmək məqsədi ilə yerdən götürdüyü yastığı sonuncunun ağzının üzərinə qoyaraq onu boğub.

Daha sonra Elşən Musayev balta ilə qoca olduğuna görə təqsirləndirilən şəxs üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan, yəni qocalığı ilə əlaqədar fiziki cəhətdən hər hansı şəxsə müqavimət göstərmək iqtidarında olmayan Nəriman Osmanovu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə sonuncunun baş nahiyəsinə bir neçə dəfə vurub, onu da həyatdan məhrum edib.

Qətldən sonra bölüşdürülən pul

Bundan sonra onun tapşırığı ilə Ruslan Həsənov Nəriman Osmanovun köynəyinin hər iki döş cibindəki pulları və televizorun altında olan çemodanın içərisindəki pul qabını, eləcə də onun tapşırığı ilə cinayətin törədilməsində istifadə edilən baltaları götürərək otağı tərk edib.

Onlar böyük saplı baltanı həyətdəki su çəninin içərisinə, digər baltanı isə həyətə daxil olduqları çəpərin kənarına atmaqla birlikdə hadisə yerini tərk ediblər.

Elşən Musayev əvvəlcədən planlaşdırdığı kimi Ruslan Həsənovla birlikdə Cəfərli kəndinin avtobus dayanacağında onları gözləyən taksiyə minib və Ağköynək kəndinə gələrək avtomobildən düşdükdən sonra götürdükləri 1500 manat puldan Ruslan Həsənova 300 manat verib, digər hissəsini özünə götürüb.

Qeyd edək ki, Elşən Musayev qətlə yetirilən şəxslərin kürəkəni, Ruslan Həsənov isə nəvələri olub. Ruslan Həsənov qətli planlaşdıran Elşən Musayevin baldızı oğlu olub.

Cinayət işi və cəza

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin  120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Musayev 20 il, Ruslan Həsənov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumlar tərəfindən verilən apelyasiya şikayəti, prokuror tərəfindən verilən apelyasiya protestinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.

Məhkumların cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri, prokurorun təqsirləndirilən şəxslərin barəsində olan cəzaların sərtləşdirilməsi ilə bağlı protesti  təmin olunmayıb.

Ali Məhkəmənin qərarı ilə prokurorun kasasiya protesti də təmin olunmayıb.

Fariz Məlikli

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Cəbhəboyu zonada daha bir hərbi hissə istifadəyə verildi — VİDEO
Cəbhəboyu zonada daha bir hərbi hissə istifadəyə verildi — VİDEO
22.05.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir
Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir
31.01.20, Siyasət
Ana Prezident və Mehriban Əliyevadan kömək istədi: “Yalvarıram, 16 yaşlı oğluma kömək edin…” – FOTO
Ana Prezident və Mehriban Əliyevadan kömək istədi: “Yalvarıram, 16 yaşlı oğluma kömək edin…” – FOTO
25.01.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət