27
iyun
2020
10:22
1 432


Universal kart

AdRiver


Polis əməliyyatı: 60 kq-a yaxın narkotik aşkarlandı

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qram təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb.
Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kq-dan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bakıda əməliyyat - "Xalaoğlu"nun adamları tutuldu - FOTO
Bakıda əməliyyat - "Xalaoğlu"nun adamları tutuldu - FOTO
23.06.20, Kriminal
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
İsmayıllıda narkotik plantasiyası salan iki qonşu ələ keçdi - FOTO
İsmayıllıda narkotik plantasiyası salan iki qonşu ələ keçdi - FOTO
01.06.20, Kriminal
Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR
Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR
30.05.20, Hadisə
Ağdaş və Göyçayda narkotik bitkilər becərən şəxslər saxlanıldı - FOTO
Ağdaş və Göyçayda narkotik bitkilər becərən şəxslər saxlanıldı - FOTO
28.05.20, Hadisə
Polis Balakəndə əməliyyat keçirdi: 5 nəfər saxlanıldı
Polis Balakəndə əməliyyat keçirdi: 5 nəfər saxlanıldı
19.05.20, Kriminal
Zərdab rayonunda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Çallı kənd sakini saxlanılıb
Zərdab rayonunda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Çallı kənd sakini saxlanılıb
05.05.20, Kriminal
Siyəzəndə narkotik satan şəxslər saxlanıldı
Siyəzəndə narkotik satan şəxslər saxlanıldı
30.04.20, Kriminal
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Azərbaycanda ƏMƏLİYYAT: müdir və digər şəxslər TUTULDU - FOTO
Azərbaycanda ƏMƏLİYYAT: müdir və digər şəxslər TUTULDU - FOTO
20.03.20, Kriminal