01
iyul
2020
11:08
12 661


Universal kart

AdRiver


Daxili İşlər Nazirliyinin “vəzifəli” əməkdaşının şok əməlləri — Cinayətin detalları

Özünü Daxili İşlər Nazirliyinin təhqiqatın rəisi kimi təqdim edərək dələduzluq edən Taleh Salamnovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Taleh Salmanov özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 iyun 2017-ci il tarixdə, Sumqayıt şəhəri, 34-cü məhəllə, 5/17 saylı evin birinci mərtəbəsində yerləşən tikinti materiallarının satışı mağazasının qarşısında Azər Hacıyevin etibarından sui-istifadə edib, sonuncuya kafelləri ucuz qiymətə gətirəcəyini yalan vəd verib. O, aldatma yolu ilə Azər Hacıyevdən 6000  manat nəğd pulu alıb.

Daha sonra Taleh Salmanov iyunun 22-də Taleh Salmanovun etibarını qazanmaq üçün 1000 manat dəyərində kafeli ona verib.

Bundan başqa, Taleh Salmanov təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cəmil Mirzəyevin etibarından sui-istifadə edib, sonuncunu “Gilan Holding” MMC-ə avtoyükləyici vəzifəsində işə düzəldəcəyini yalan vəd verib. O, Cəmil Mirzəyevdən bu işi görmək üçün sentyabrın 14-də Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “İrşad Telekom” mağazasının qarşısında 200 manat dəyərində “Samsung Galaxy” markalı, “J3-2016” modelli mobil telefon aparatını, sentyabrın 30-da isə həmin mikrorayonda yerləşən “Nömrə 1” adlanan lombardın qarşısında 1000 manat alıb. O, ümumilikdə zərərçəkmişə 1200 manat məbləğində ziyan vurub.

Daha sonra Taleh Salmanov Bəhman Osmanovun etibarından sui-istifadə edərək, sonuncunun oğlu Samir Osmanov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işinə xitam veriləcəyini yalan vəd verib. O, aldatma yolu ilə Bəhmən Osmanovdan 6000 manat alaraq ələ keçirib.

İstintaq orqanı tərəfindən Taleh Salmanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bəhman Osmanov bildirib ki, pulunu Taleh Salmanova deyil, Qasımov Daşqın Əli oğluna verib: “Pulu övladımın işinin həll olunması üçün vermişəm. Daşqından övladımın işinə kömək edəcək adamı görmək istədiyimi bildirəndə, Daşqınla birlikdə həmin adamla Sumqayıt şəhərində 17-ci mikrorayonun kruqunda kafedə görüşəndə, həmin adamın Taleh olduğunu gördüm. Daşqın Taleh Salmanovu mənə Daxili İşlər Nazirliyinin təhqiqatın rəisi kimi təqdim etdi. Taleh isə heç nə deməyərək, sakit oturmuşdu. Taleh mənə narahat olmamağı kömək edəcəyini bildirdi. Taleh oğlumun cinayət işinə bəraət aldıqdan sonra dövlətdən kompensasiya alacağını da bildirdi”.

Bəhman Osmanovun ifadəsindən daha sonra qeyd edib ki, 5000 manat məbləğində pulu Daşqın Qasımova verib: “Daşqın bildirdi ki, Taleh ona əlavə 500 manatın katibə, 500 manatın da prokurora çatacağını bildirdi. 500 manat məbləğində pulu Sumqayıt şəhərində 17-ci mikrorayonun kruqunda kafedə oğlu, Taleh, bir nəfər oğlan və Daşqın oturub çörək yeyərkən 500 manatı çıxardaraq stolun üzərinə qoydum. Daşqın da həmin pulu götürərək, Talehə verdi. Digər 500 manat məbləğində pulu isə şəxsən Daşqına vermişəm. Sonradan Talehdən istintaq zamanı pulun ona çatıb-çatmadığını soruşanda, ona qəpik-quruş çatdığını bildirdi”.

Cinayət işində adı keçən Daşqın Qasımov iş üzrə şahid qismində ifadə verib. O, bildirib ki, taksi şöferi işləyir: “Günlərin bir günü Taleh mənə yaxınlaşaraq filan yerə gedək. Onunla söhbət əsnasında özünü polis işçisi kimi təqdim elədi. Daxili İşlər Nazirliyinin Təhqiqat şöbəsinin işçisi kimi təqdim elədi. Onu bir neçə dəfə başqa-başqa yerlərə aparıb gətirmişəm. Beləliklə aramızda yoldaşlıq yarandı. Günlərin bir günü Qönçə adlı tanışımız Bəhman kişinin oğlunun məsələsinin olduğunu, ona kömək etmək üçün tanış adam lazım olduğunu bildirdi. Mən də fikirləşəndə ağlıma Taleh gəldi. Çünki bildirmişdi ki, Daxili İşlər Nazirliyinin daxili təhqiqatın əməkdaşıdır, əli hər yerə çatar. Ona zəng etdim. Məsələ ilə bağlı danışdım”.

Şahidin sözlərinə görə, Bəhmanın əlində 5000 manat olduğunu bildirərək, Talehdən işi düzəldə bilməsini soruşub, “Ona düzələciyini bildirdmi. Talehə camaatdan pul aldığını, problem ola biləcəyini bildirəndə, problem yoxdur, dedim. Elə problem də bundan sonra yarandı. Bəhman kişidən 5000 manatı alaraq Qönçənin işlətdiyi kafedə Talehə verdim. Həmin pulun verilməsindən sonra 2-3 gün keçmişdi ki, kişi ilə görüşmək lazım idi. Bəhman işi düzəldən adam ilə görüşmək istədiyini bildirəndə, Sumqayıt şəhərində 17-ci mkr., kruqunda Jasmin kafesində görüşərək çörək yedik. İki dəfə həmin kafedə görüşdük. Jasmin kafesində çörək yeyərkən 500 manatı da stolun üzərindən götürərək Talehə verdim. Çörək yeyərkən işin düzəlməsi, necə olması barədə söhbət etdik. Oradan çörək yeyib çıxandan sonra Bəhman ilə oğlu maşın çağırdı. Oradan getdik. Maşınla yola salanda Taleh dedir ki, gedin pulu gətirin. 500 manatı da orada verdilər, qalan puldan xəbərim olmayıb”.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Taleh Salmanov 1 il 11 ay 29 gün müddətinə azdlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Taleh Salmanov apelyasiya şikayəti verib. O, barəsində olan hökmü ləğv edilməsini, cinayət işinə xitam verilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin olunmaması barədə qərar verilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
14.06.20, İqtisadiyyat
Prezidentdən MÜHÜM FƏRMAN
Prezidentdən MÜHÜM FƏRMAN
04.06.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
13.05.20, Hadisə
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət