25
sentyabr
2020
11:12
1499


Universal kart

AdRiver


Творческий конкурс Адели

Prokurorluq nənəsini və bibisini qətlə yetirən şəxslə bağlı məlumat yaydı

Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Suraxanı rayon Prokurorluğundan Qanunla.Az-a verilən məlumata görə, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
 
İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Mingəçevirdə bacısını öldürən şəxslə bağlı cinayət işi başlanıldı
Mingəçevirdə bacısını öldürən şəxslə bağlı cinayət işi başlanıldı
11.09.20, Kriminal
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
20.08.20, Kriminal
İmişlidə bıçaqlanma: ölən var
İmişlidə bıçaqlanma: ölən var
12.08.20, Kriminal
Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı
Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı
28.07.20, Kriminal
Bakıda kirayəşin ev sahibini öldürdü
Bakıda kirayəşin ev sahibini öldürdü
28.07.20, Kriminal
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
06.06.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Dəhşət: Nənə öncə iki azyaşlı nəvəsini öldürdü, daha sonra...
Dəhşət: Nənə öncə iki azyaşlı nəvəsini öldürdü, daha sonra...
29.01.20, Gündəm
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət