05
oktyabr
2020
14:21
1310


Universal kart

AdRiver


Uşaqları xəstə olan kişidən dəhşətli əməl – Təfərrüat

Abşeron rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan Bərdə rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunla.Az-ın xəbərinə görə, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evində Vüsal Məmmədov həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Vüsal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal Məmmədov elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.
O, qeyd edib ki, təxminən 3 ildir ailəsi ilə birlikdə Qobu qəsəbəsində yeni məhəllədə yaşayır, “Sədərək” ticarət mərkəzində mühafizəçi və həm də “Binə” ticarət mərkəzində fəhlə işləməklə ailəsini dolandırıb: “Günel həyat yoldaşımdır. Birgə nikahdan üç oğlan uşaqlarımız dünyaya gəlib. Böyük oğlum Hüseyn “kaxeksiya, adrenoleykodi strofiya” xəstəliyinə düçar oldu, imkansızlıqdan oğlumu müalicə etdirə bilmədim. Bu səbəbdən də vəfat etdi.
Hazırda himayəmdə iki azyaşlı uşağım var. Digər 3 yaşlı oğlum Ənvərdə də xəstəliyin olmasını bilmişik. Həkimlər həmin xəstəliyin müalicəsinin Türkiyədə mümkün olduğunu bildirdilər. Maddi imkan olmadığından uşağı müalicə etdirə bilməmişəm. Bununla bağlı Günel tez-tez mənimlə mübahisə edib. İki yerdə işləsəm də, övladımın müalicəsi üçün pul tapa bilməmişəm. Bir övladımın ölümü, ikinci uşağımın xəstəliyi və maddi imkansızlığım ucbatından onu müalicə etdirə bilməməyimə görə çox vaxt əsəbi, gərgin olmuşam”.
Vüsal Məmmədovun sözlərinə görə, hadisə baş verən günü anası və qaynanası onlara qonaq gəlib:
“Həmin gün axşam saat 20 radələrində şam yeməyi zamanı arvadım Günellə uşağın xəstəliyinin müalicəsi üçün tələb olunan pulla bağlı aramızda yenə mübahisə yarandı. Həmin an əsəblərimi cilovlaya bilmədim və özümdən asılı olmayaraq masanın üstündə olan mətbəx bıçağını götürdüm, sonra oturduğum vəziyyətdə Günelə bir zərbə vurdum. Sonuncu “nə edirsən?”, - deyə qışqırdı, evdən çölə çıxdı. Dərhal arvadımın ardınca evdən çıxdım, taksi ilə Güneli Lökbatan qəsəbəsinə təcili tibbi yardım xəstəxanasına apardım. Oradan da təcili tibbi yardım avtomobili ilə Güneli başqa bir xəstəxanaya apardılar.
Bir övladımın ölümü, ikincisində də eyni xəstəliyin aşkar olunması, maddi imkansızlığı ilə bağlı uşağıma yardım edə bilməməyim və onu da itirmək qorxusu əsəblərimi tamamilə tarıma çəkmişdi. Nə qədər fikirləşsəm də vəziyyətdən çıxış yolu tapa bilməmişım. Belə bir gərgin vəziyyətdə aramızda yaranmış mübahisə zamanı arvadıma xəsarət yetirmişəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70.1-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 29 gün müddətinə şərti cəza təyin olunub.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bərdədə direktor bıçaqlandı – Təfərrüat
Bərdədə direktor bıçaqlandı – Təfərrüat
20.09.20, Kriminal
“Binə” və “Sədərək”də yoxlamalar başladı
“Binə” və “Sədərək”də yoxlamalar başladı
17.09.20, Sosial
Nizami Bəhmənovun gəlininə ittiham verildi — ÖZƏL
Nizami Bəhmənovun gəlininə ittiham verildi — ÖZƏL
13.08.20, Hadisə
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
06.06.20, Kriminal
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət