16
noyabr
2020
13:20
1189


Universal kart

AdRiver


Məhkəmə sədri və hakimlərin adından şok dələduzluq — TƏFƏRRÜAT

Bakıda dələduzluq etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Ülviyyə Əskərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qanunla.Az-ın əldə etdiyi məlumata görə, Ülviyyə Əskərova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Əjdər Cavadovun etibarından sui-istifadə edib. 

O, özünü Yasamal rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verib və Əjdər Cavadovun etibarlı münasibət yaratdıqdan sonra onun qızını Yasamal rayon Məhkəməsində və yaxud Ədliyyə Nazirliyinin Penitensıar Xidmətin karguzarlıq xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib.

Ülviyyə Əskərova aldatma yolu ilə Əjdər Cavadovdan 2017-ci ilin dekabr ayında 2000 manat və 2018-cı ilin mart ayında 1200 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib.

Bundan başqa, Ülviyyə Əskərova Kəmalə Məmmədovanın etibarından sui-istifadə edib, ona tanışlarının vasitəsi ilə Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasından və Səhiyyə Nazirliyindən müsbət rəy alıb, qısa müddətdə övladlığa uşaq  götürməsinə köməklik göstərəcəyinə vəd verib. Adatma yolu ilə ondan 5300 manat alıb.

Daha sonra Ülviyyə Əskərova Vüsalə Rəhimliyə etibarından sui-istifadə edib, özünü Yasamal rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin ipoteka krediti yolu ilə mənzil əldə olunmasına köməklik göstərəcəyinə vəd verib. O, Vüsalə Rəhimlidən 1400 manat alıb.

Bundan başqa,  Ülviyyə Əskərova Vüsalə Rəhimliyə özünü Yasamal rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onu tanışlarının vasitəsi ilə onu Yasamal rayon Məhkəməsində hakim köməkçisi vəzifəsinə işə duzəlməsinə köməklik göstərəcəyinə vəd verib. O, aldatma yolu ilə Vüsalə Rəhimlidən 31000 manat alıb.

Daha sonra Ülviyyə Əskərova Tərlan Abbasova özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib, həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onu Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib. 

O, Tərlan Abbasovdan 2018-ci ilin avqust ayında bir dəfəyə Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən Gülüstan şadlıq evinin yanında 1000 manat alıb.

Bundan başqa Ülviyyə Əskərova Rəşidə Rəşidovaya özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib və onu Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib, aldatma yolu ilə onun 1000 manatını ələ keçirib.

Ülviyyə Əskərova zərərçəkmiş Rəhim Əliyevə özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib, onu gizir rütbəsi olmaqla Ədliyyə Nazirliyinin Katibliyinə işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib, ondan Yasamal rayonu, Dadaş Bunyadzacə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin yanında 550 pulunu ələ keçirib.

Daha sonra Ülviyyə Əskərova Zərifə Abbasovaya özünü Nərimanov rayon Məhkəməsində işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Yasamal rayonunda yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi biandan ipoteka krediti yolu ilə mənzil əldə olunmasına və sosial müavinət təyin edilməsinə köməklik göstərəcəyinə vəd verib. O, Zərifə Abbasovadan 2000 manat alaraq dələduzluq edib.

İstintaq orqanı tərəfindən Ülviyyə Əskərovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülviyyə Əskərova özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.

Ülviyyə Əskərova bildirib ki, 2017-ci ilin dekabr ayında gözəllik salonunda bir Şahzadə adlı qadınla tanış olub və tanışlıq zamanı ona yalandan Yasamal rayon Məhkəməsində hakim köməkçisi işlədiyini deyib: “Həmin zaman Şahzadə mənə ərinə qarşı aliment öhdəliyi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirdi.   

Şahzadə ilə onun pulunu ələ keçirmək məqsədi ilə münasibət qurdun və onun Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən evinə getdim. Şahzadənin atası Əjdər ilə tanış oldum. Tanışlıq zamanı Əjdərə yalandan vəd verib, onun qızı Şahzadənin Yasamal rayon Məhkəməsinə hakim köməkçisi vəzifəsinə təyin olunmasına nail olacağımı bildirdim. Bundan başqa məhkəmə qızının iddiaçı olduğu mülki iş üzrə də tezliklə qətnamə qəbul olunmasına nail olacağımı və aliment öhdəliyinin cavabdeh üzərinə boyuk məbləğdə qoyulmasına nail olacağımı bildirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin dekabr ayında Əjdər Cavadovun qızı Şahzadənin vəd verdiyi işə düzəltmək adı ilə 2000 manat, 2018-ci ilin mart ayında isə 1700 manat pul alıb: 

“Əjdər məndən qızının işi barədə sonradan soruşduqda bəhanə edərək guya Şahzadənin məhkəməhə işinin alınmadığını və onu Penitensiar Xidmətə qəbul etdirəcəyimə dair yalan vəd verdim. Həmin pul məbləğlərinin aldığım zamanlarda Əjdər Cavadovdan başqa yalan vəd verib, guya Şahzadənin məhkəmədə baxılan işini onun xeyirinə həll etmək adı ilə 500 manat, ərinin polis vasitəsi ilə qorxutmaq adı ilə tanışlarına pul vermək adı ilə 50 manatını ələ keçirdim. Şikayət edilməmişdən qabaq Əjdərə 1700 manat pulunu qaytarmışam”.

Ülviyyə Əskərova bildirib ki, Əjdər Cavadovun qohumu Kəmalə Məmmədovanı onun vasitəsi ilə tanıyıb: 

“Kəmaləyə özümü Yasamal rayon Məhkəməsinin əməkdaşı kimi təqdim etmişəm. Kəmalə Məmmədovaya onun övladlığa götürmə problemini həll edəcəyimə dair yalan vəd verib, yaşadığı evinin qarşısında 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına kimi hissə-hissə olmaqla 1000, 2300 və 1000 manat pulunu ələ keçirmişəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək zərərçəkmiş şəxslərə inam və etibar yaradıb. O, törətmiş olduğu əməldən peşman olduğunu deyib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Ülviyyə Əskərova 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar
Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar
11.09.20, Kriminal
Qusarda bələdiyyə sədrinin şok əməlləri — TƏFƏRRÜAT
Qusarda bələdiyyə sədrinin şok əməlləri — TƏFƏRRÜAT
07.09.20, Hadisə
Daxili İşlər Nazirliyinin “vəzifəli” əməkdaşının şok əməlləri — Cinayətin detalları
Daxili İşlər Nazirliyinin “vəzifəli” əməkdaşının şok əməlləri — Cinayətin detalları
01.07.20, Kriminal
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
Daha bir İcra Hakimiyyətində ƏMƏLİYYAT (ÖZƏL)
13.05.20, Hadisə
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
İnsan alverçisi olan qadının kişilərlə şok cinayətləri — Təfərrüat
06.05.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət